QIRMADAŞ (ÇINQIL, XIR) ZOLAĞI

daş zolağıiri və xırda süxur parçaları zolaqlarının öz aralarında növbələşməsi. Qütb ölkələrində dik yamaclarda müşahidə olunur. щебневые полосы block-stripes, stonestripes
QIRMADAŞ (ÇINQIL, XIR)
QIVRIM QAYALAR
OBASTAN VİKİ
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Fırlatma zolağı
Fırlatma zolağı (scroll bar,полоса прокрутки,kaydırma çubuğu)-qrafik istifadəçi interfeyslərində: pəncərənin sağ, yaxud aşağı qırağında yerləşən və pəncərəyə yerləşməyən sənədi fırlatmaq üçün nəzərdə tutulmuş şaquli, yaxud üfüqi zolaq. Fırlatma zolağının üç aktiv zonası olur; məsələn, mətn redaktorlarında şaquli fırlatma zolağının üzərində ox olan iki fırlatma düyməsi var ki, onların köməyilə sənədi bir sətir aşağıya, yaxud yuxarıya hərəkət etdirmək olur və sənədin lazım olan yerinə keçmək üçün fırlatma boksu var; siçanın göstəricisini fırlatma boksunun yuxarısında, yaxud aşağısında çıqqıldatmaq sənədi bir ekran yuxarıya, yaxud aşağıya hərəkət etdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Qəzzə zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Tapşırıqlar zolağı
Tapşırıqlar zolağı – taskbar ~ панель задач ~ görev çubuğu ~ Windows əməliyyat sistemində: ekranın aşağısında məsələlərin siyahısından ibarət üfüqi zolaq. Tapşırıqlar zolağı iş masasının yuxarı, sol və ya sağ qırağına da yerləşdirilə bilər. Açılmış hər bir proqram tapşırıqlar zolağında düymə kimi təmsil olunur və istənilən zaman həmin proqrama keçmək üçün, sadəcə, tapşırıqlar zolağındakı uyğun düyməni çıqqıldatmaq lazımdır. Tapşırıqların idarəolunması — task management ~ управление задачами ~ görev yönetimi ~ kompüterdə, xüsusən çoxistifadəçi rejimində yerinə yeririlən ayrı-ayrı tapşırıqları və prosesləri izləmək və onları lazım olan resurslarla təmin etmək üçün əməliyyat sisteminin gördüyü işlər. Tapşırıq – task ~ задача ~ görev ~ müstəqil element kimi yerinə yetirilən avtonom tətbiqi proqram, yaxud altproqram. Tapşırıqlar meneceri – Task Manager ~ Диспетчер задач ~ Görev Yöneticisi ~ Microsoft Windows əməliyyat sistemləri ailəsində: başladılmış proseslərin və onların istifadə etdikləri resursların (status, prosessor vaxtı və sərf olunan operativ yaddaş və s.) siyahısını ekrana çıxarmaq üçün utilit. Proseslər üzərində bəzi əməliyyatlar etmək (məsələn, prosesi durdurmaq) imkanı vardır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avtobus zolağı
Avtobus zolağı — sadəcə avtobusların istifadə etməsi və ictimai nəqliyyatın tıxacda ilişib qalmaması məqsədilə çəkilmiş zolaq. Avtobus zolaqları metrobus şəbəkəsinin əsas komponentidir, digər trafikin səbəb olduğu gecikmələri azaltmaqla avtobusların hərəkət sürətini və etibarlılığını artırır. Xüsusi avtobus zolağı ümumi avtomobil hərəkəti üçün nəzərdə tutulmuş yolun yalnız bir hissəsini tuta bilər. İlk avtobus zolağı tez-tez səhvən 1939-cu ildə Şeridan küçəsinin Foster prospektinin şimalında geri dönən zolaqlarla quraşdırıldığı Çikaqoya aid edilir. Yol pik istiqamətə doğru üç zolaqdan (səhər cənuba; axşam şimala) və bir əks axın zolağından ibarət idi. Zolaqların heç biri yalnız avtobus üçün deyildi, lakin avtobusların hərəkətini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu. 1948-ci ildə Rod-Aylend ştatının Providens şəhərindəki Şərq Trolley tuneli yalnız avtobuslar üçün istifadəyə çevrildi və bu günə qədər fəaliyyətini davam etdirərək ABŞ-də ilk xüsusi avtobus yolu oldu.
Çınqıl və pinqvin
Çınqıl və pinqvin (ing. The Pebble and the Penguin) - 1995-ci ildə "Don Bluth Entertainment" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmi. Daş və pinqvin — Internet Movie Database saytında.
Londonun yaşıl zolağı
Londonun yaşıl zolağı (ing. Metropolitan Green Belt) — Böyük London və ətraf qraflıqların ərazisində yerləşən yaşıl zolaq. Sahəsi — 554,7 min ha (2011-ci il üçün), Londonun özünün ərazisindən 3 dəfə genişdir. Şəhərin nizamsız böyüməsinin qarşısını almaq üçün İkinci Dünya müharibəsindən sonra Patrik Aberkrombinin layihəsi əsasında yaradılmışdır. Londonun böyüməsinin qarşısının alınmasına ilk cəhd 1593-cü il parlament aktı ilə edilmişdir. Qanuna əsasən Londondan və Vestminsterdən 3 mil aralı məsafədə yeni tikililərin inşası qadağan olunmuşdu. XIX əsr ərzində Londonun əhalisi 6 dəfə artmış, dəmir və avtomobil yollarının meydana gəlməsi şəhərin böyüməsinə səbəb olmuşdur. Parlamentin 1938-ci il aktı "yaşıl zonanı" istirahət və kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahə kimi müəyyən etdi və yerli hakimiyyət orqanlarına tikililərin genişlənməsinin qarşısını almaq üçün Londonda torpaq almaq hüququ verdi. Bu qanun xüsusi mülkiyyətdə olan ərazilərin yaşıl zolağa keçirilməsi imkanını da nəzərdə tuturdu. 1947-ci ildə parlamentin şəhər və kənd layihələndirilməsi haqqında yeni aktı qəbul olundu.
Ordubad çınqıl-qum qarışığı yatağı
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5–6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı "250" markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7–9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı "200–250" markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.