QIZIL
QIZILAĞACLIQ
OBASTAN VİKİ
Qızılağac
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Qara qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Qırmızı qızılağac
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Qızılağac (1979)
Qızılağac (Bicar)
Qızılağac (fars. قزل آغاج‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılağac (Göyçay)
Qızılağac — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılar Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan qızılağac tayfasına əsaslanaraq kəndin adını etnotoponim hesab edirlər. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığı üçün belə adlandırılmış, sonralar meşə məhv olsa da, kəndin adı qalmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1180 nəfər əhali yaşayır.
Qızılağac (Masallı)
Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 5692 nəfərdir. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır. XIX əsrdə Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan liman olmuşdur.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Qızılağac (dəqiqləşdirmə)
Qızılağac
Qızılağac bələdiyyəsi
Qızılağac bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Qızılağac körfəzi
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz. Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir. Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır. 1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır. Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
Qızılağac siyənəyi
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qızılağac (film, 1979)
Qızılağac Milli Parkı
Qızılağac Milli Parkı — Azərbaycanda yerləşən Milli Park. 26 sentyabr 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Milli Parkın sahəsi 99060 hektardır. Bu ərazi Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlar (10390,89 hektar), Neftçala ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından ayrılan ərazi (309,11 hektar) və Qızılağac Dövlət Təbiət Qoruğunun (88 min 360 hektar) bazasını əhatə edir. Şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lığvarı, ciyən, duzlaq şoğanı, iyli yovşan, meyer yovşanı, qarağan,gəngiz, şahsevdi, sarıbaş və s. bitkilərə rast gəlmək olar. Milli parkda 4 növ az yayılan və 3 növ Qafqaz endemik bitkisi (yalnız Qafqaz regionunda rast gəlinən) – hibrid qovağı, sapvari bağayarpağı, Qrossgeym topgülü və bir növ Azərbaycan endemiki – buruncuqlu turp qeydə alınmışdır. Su-bataqlıq quşları, çöl donuzu, canavar, gürzə və s. heyvanlarına rast gəlmək olar.Qamışlıq pişiyi, flaminqo, ağqaş qaz, adi göydimdik, mərməri ördək, adi bəzgək, və s.
Qızılağac bələdiyyəsi (Göyçay)
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızılağac kəndində döyüş
Qızılağac kəndində döyüş — indiki Masallı rayonu ərazisində yerləşən Qızılağac kəndi ətrafında Talış xanı Mir Həsən xan ilə rus qüvvələri arasında baş vermiş döyüş. İyulun sonları-Avqustun əvvəllərində rus hərbi dəstələri Kür çayının Salyan sahilindən keçmişdi. Ərkivan mahalının kəndlərini qarət edən rus dəstələri yürüş istiqamətlərini Lənkərana doğru çevirmişdilər. Xan çaparlar vasitəsilə bu xəbəri öyrəndi və 4-5 min atlı toplayıb Muğana doğru hərəkət etdi. Yolüstü Yeddioymaq və Hüseynhacılı əhalisindən 500 nəfərlik dəstə Mir Həsən xanın dəstəsinə qoşuldu. Bu dəstə əvvəlcədən ruslarla döyüşmüş və rus bayrağını ələ keçirməyə müvəffəq olmuşdu. Döyüş Qızılağac kəndi ətrafında baş verdi. Dörd dəstəyə ayrılan rus qoşunu dəstə-dəstə önə çıxır və tüfəng atırdı. Bir dəstə tüfəng atarkən digər dəstələr tüfənglərini doldururdular. Bunun nəticəsində talış qoşunu heç bir həmlə edə bilmədi.
Qızılağac Dövlət Təbiət Qoruğu
Qızılağac dövlət təbiət qoruğu — 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88.4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Sahəsinə görə Azərbaycanda ən böyük qoruq hesab olunur. 1929-cu ildə Qızılağac körfəzi və onun ətrafındakı ərazilər Qızılağac Dövlət Təbiət qoruğu elan olunmuşdur.Qoruğun ilkin sahəsi 180 min-ha olmuşdur. Qızılağac qoruğunun əsas coğrafi əhəmiyyəti quşlar aləminin son dərəcə dinamik olmasıdır.Qoruqda ildə 300 növə yaxın quşlar məskunlaşır.50 növdən çox balıq növlərinə rast gəlinir. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var.
Adi qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Boz qızılağac
Boz qızılağac (lat. Alnus incana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə qədər olan, boz, hamar qabıqlı ağacdır. Zoğları qonur və qırmızı-qonur, qısa tükcüklərlə örtülmüşdür. Tumurcuqların uzunluğu 8–15 mm, qırmızı-qonur, küt, az tükcüklü, bir az əyilmiş, yapışqanlı deyil. Yarpaqları yumurtavari-eçlipsvari, çılpaqdır, uzunluğu 4–10 sm, eni 3–6 sm-dir, üstü yaşıl, alt tərəfi bozumtul-yaşıl, nazik tükcüklüdür, kənarları sivriləşmişdir, dib tərəfləri dəyirmi, enli pazvaridir; az-az hallarda bir qədər ürəkvaridir;mişardişlidir, 7–13 cüt damarı uzun, sıx tüklüdür. Saplaqlarının uzunluğu 3–4 sm-dir, üstü yumşaq tüklüdür. Mayda çiçəkləyir. Bir neçə ədəd erkək və dişi çiçəkləri keçənilki zoğların uclarında yerləşir.
Saqqallı qızılağac
Saqqallı qızılağac (lat. Alnus glutinosa subsp. barbata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin adi qızılağac növünə aid bitki yarımnövü. Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya biraz daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir.
Yapışqanlı qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Yaşıl qızılağac
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur. Betula viridis Chaix Alnaster viridis (Chaix) Spach Semidopsis viridis (Chaix) Zumagl.
Yumşaqtüklü qızılağac
Yumşaqtüklü qızılağac (lat. Alnus hirsuta) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Ürəkyarpaq qızılağac
Ürəkyarpaq qızılağac (Alnus subcordata C.A. Mey.) - tozağackimilər fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2cd+3cd. Azərbaycanın nadir, relikt növüdür. 28-30 (35) m hündürlüyündə, 160 sm diametrində ağacdır. Tumurcuqları tüklü və yumurtavaridir, ucları kütdür. Yarpaqları kifayət qədər iri olub, 7-17 sm uzunluğunda və 4,5-7 sm eninədir, yumurtavari, dəyirmi-yumurtavari, oval və ya uzunsov-ovaldır, üst tərəfi çılpaq, tünd-yaşıl rəngdədir, alt tərəf damarları boyunca tüklüdür. Erkəkcik sırğaları ucdakı salxımlarda olub 3-5-i bir yerdədir. Meyverən sırğaları qoltuqlardan çıxır, tək-təkdir və ya 2-3-ü bir yerdədir. Qoza meyvələri oval-ellipsivaridir, 2,5 sm uzunluğunda və 1,3 sm enindədir. Fındıqcıqları enli-yumurtavaridir, çox ensiz qanadları vardır.
Ürəkşəkilli qızılağac
Ürəkşəkilli qızılağac (lat. Alnus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Qafqaz qızılağacı
Ürəkyarpaq qızılağac (Alnus subcordata C.A. Mey.) - tozağackimilər fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2cd+3cd. Azərbaycanın nadir, relikt növüdür. 28-30 (35) m hündürlüyündə, 160 sm diametrində ağacdır. Tumurcuqları tüklü və yumurtavaridir, ucları kütdür. Yarpaqları kifayət qədər iri olub, 7-17 sm uzunluğunda və 4,5-7 sm eninədir, yumurtavari, dəyirmi-yumurtavari, oval və ya uzunsov-ovaldır, üst tərəfi çılpaq, tünd-yaşıl rəngdədir, alt tərəf damarları boyunca tüklüdür. Erkəkcik sırğaları ucdakı salxımlarda olub 3-5-i bir yerdədir. Meyverən sırğaları qoltuqlardan çıxır, tək-təkdir və ya 2-3-ü bir yerdədir. Qoza meyvələri oval-ellipsivaridir, 2,5 sm uzunluğunda və 1,3 sm enindədir. Fındıqcıqları enli-yumurtavaridir, çox ensiz qanadları vardır.
Qızılağacabənzər mürdəşər
Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir. Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir.
Qızılağacda (1988)
Qızılağacda (film, 1988)
Qızılağacyarpaq iqra
Sahil qızılağacı
Sahil qızılağacı (lat. Alnus maritima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.

Digər lüğətlərdə