1. Quşları, heyvanları salmaq üçün məftil və ya ağac çubuqlarından düzəldilmiş, ya hörülmüş qutu şəkilli qurğu. Quş qəfəsi. Toyuq qəfəsi. Tülkünü qəfəsə saldılar.
– Pəncərənin qabağında asılan qəfəsin içərisində boz rəngli bir tutuquşu vardır.
Quş, ayağını [cələdən] azad etmək üçün dartınırdı və çapalayırdı. Bunu gördükdə biz qaratoyuğun üstünü alırdıq. Sevinə-sevinə aparıb qəfəsə salırdıq.
2. məc. Həbs, həbsxana, zindan, dustaqxana mənasında.
Ruzi-hicrandır, sevin, ey mürği-ruhim, kim, bu gün; Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.
Oldu sənsiz çəmən, ey gül, məni-şeydayə qəfəs; Nə çəmən, cümlə cahandır məni-rüsvayə qəfəs.
Gəlin, tez uçuraq o daş qəfəsi; Gülsün qadınlığın ağlayan səsi!
□ Qəfəs kimi – cansıxıcı, darısqal (yer haqqında).
Muğan düzündəki səssiz gecələr; Sıxdı Əmirxanı bir qəfəs kimi.
Qəfəsdə saxlamaq – azadlıqdan məhrum etmək, dörd divar arasında saxlamaq.
[Almaz:] Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa çıxarmalıyıq.
Qəfəsdən azad olmaq – həbsdən azad olmaq, azadlığa çıxmaq, çətinlikdən qurtulmaq.
Qəfəsə düşmək – tutulmaq, girə keçmək, tora düşmək, ələ keçmək.
Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yanbu yana çırpır.
Qəfəsə salmaq – həbsə salmaq, azadlıqdan məhrum etmək, dörd divar arasında gizlətmək.
[Mələk] hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış quş kimi yaşayır.
◊ Qəfəsə dönmək – son dərəcə zəifləmək, arıqlamaq, cansızlaşmaq. Onun bədəni bir qəfəsə dönmüşdür.
Quru qəfəs – çox zəif, üzgün, cansız, arıq adam haqqında.
Gördüm bu dünyanı – quru qəfəsdir; Bizlərə verdiyin ibrətli dərsdir…
Döş (köks) qəfəsi anat. – skeletin, qabırğalardan ibarət olan içərisində ciyərlərin və ürəyin yerləşdiyi döş boşluğunu təşkil edən hissəsi.
[Kişinin] pərələri genişləndi, sinəsi qalxıbendi, köks qəfəsi az qaldı partlasın.