QƏFLƏT

is. [ ər. ]
1. Qafillik, xəbərsizlik.
Qılma bizi qəflət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli.
[Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür. M.F.Axundzadə.
Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani.

□ Qəflətdə olmaq – xəbərsiz olmaq, bilməmək.
Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi.

2. Cəhalət, avamlıq.
□ Qəflətdə saxlamaq – qəsdən ayılmağa, başa düşməyə qoymamaq, cəhalətdə saxlamaq.
3. Diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq.
□ Qəflət eləmək (etmək) – diqqətsizlik, qeydsizlik göstərmək; unutmaq, nəzərdən qaçırmaq; səhlənkarlıq etmək.
[Ağa Kərim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. M.F.Axundzadə.

◊ Qəflət yuxusu – ətrafında baş verən hadisələrdən tam xəbərsizlik.
Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli.
…Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəflət yuxusundan oyatdı. M.Hüseyn.

Синонимы

  • QƏFLƏT 1. QƏFLƏT, XƏBƏRSİZLİK 2. qəflət bax avamlıq
  • QƏFLƏT diqqətsizlik — qeydsizlik — huşsuzluq — səhlənkarlıq
  • QƏFLƏT qəfillik — xəbərsizlik
  • QƏFLƏT cəhalət — avamlıq

Антонимы

  • QƏFLƏT QƏFLƏT – MƏDƏNİYYƏT Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür (M.F.Axundzadə); Mədəniyyət xalqın gözünü açır, onun inkişafına təka

Этимология

  • QƏFLƏT Ərəbcədir, qafil sözü ilə kökdaşdır, “bixəbər” deməkdir. Qəflət yuxusu birləşməsində “nadan” mənasını əks etdirir
QƏFİLDƏN
QƏFLƏTƏN

Значение слова в других словарях

биомехани́ческий завито́чек коры́то лиза́ться ло́бик недогрева́ться обшиби́ть опьяня́ть плеск смягчённо тасмани́ец театра́льно фронто́н я́годка властолю́бец отхо́днический перестыко́вывать просве́рливаться реве́ть сгущённость кропкий domestic wastes fellaheen ground-level гребок