QƏNAƏT

[ər.] сущ. 1. къенят, мадаравал; qənaət etmək къенят авун, мадара авун, мадарун; aza qənaət etmək авай тӀимилдаз мадара авун, къенят авун, авай тӀимил затӀ акъакьарун (бесарун), мадаравилелди кьил хуьн; 2. мадара авуникди амукьай затӀ, хийир, файда; 3. бесарун, рази хьун; qənaət etmək бесарун, рази хьун; 4. фикир, якъинвал; qənaətə gəlmək къенятдиз атун, якъин авун, къетӀи фикирдал (нетижадал) атун.
QƏMZƏLİ
QƏNAƏTBƏXŞ
OBASTAN VİKİ
Qənaət
Qənaət — müəyyən bir müddət ərzində əldə edilən gəlirin bir hissəsi, cari istehlaka xərclənməmiş, lakin qənaət edilərək gələcək istifadəyə qoyulmuşdur. Əmanət anlayışı həm fərdi iqtisadi agentlərə (fərdlər, ev təsərrüfatları, firmalar) və həm də bütövlükdə iqtisadiyyata tətbiq edilə bilər. İstədiyiniz qənaət miqdarının vahid düzgün ölçüsü yoxdur. Bununla birlikdə, qənaət yaratmaq ağıllı bir strategiyadır, çünki qənaətlər müxtəlif gözlənilməz hadisələr zamanı maliyyə təhlükəsizliyini təmin edir. İqtisadi baxımdan qənaət təxirə salınmış istehlakdır. Kifayət qədər yüksək faiz dərəcəsi ilə, istehlakçı gələcəkdə daha çox istehlak üçün bugünkü istehlakın bir hissəsini qurban verməyə hazırdır. Optimum qənaət miqdarı gəlir miqdarından, fərdi üstünlüklərdən, faiz dərəcələrindən və digər amillərdən asılıdır. Bütövlükdə ölkədə müəyyən bir müddət ərzində edilən əmanətlərə milli əmanət deyilir. Kimlər tərəfindən yaradıldığına görə, şəxsi və dövlət əmanətləri arasında fərq qoyulur. Xüsusi qənaət həm ev təsərrüfatları, həm də firmalar tərəfindən edilə bilər.
Elektrik enerjisinə qənaət edin
Elektrik Enerjisinə Qənaət edin (1960)
Elektrik enerjisinə qənaət edin (film, 1960)
Kosinus F-4 : Enerjiyə qənaət (film, 1937)
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Qənaətcillik paradoksu
Qənaətcillik paradoksu (ing. paradox of thrift, ing. paradox of saving) — Uoddilom Ketçinqs,Uilyam Foster , və qismən Con Meynard Keyns, Fridrix Hayek tərəfindən tədqiq edilmiş iqtisad elmində bir paradoksdur. Paradoks aşağıdakı qaydada ifadə edilir:"Biz nə qədər çox qara gün üçün pul yığırıqsa, o gün bir o qədər tez gəlir".Əgər iqtisadi böhran zamanı hamı qənaət etməyə başlayacaqsa, onda məcmu tələb azalacaq, bunun nəticəsində isə əmək haqları və əmanətlər azalacaqdır. Yəni demək olar ki,hər kəs qənaət edəndə bu məcmu tələbin azalmasına və iqtisadi artımın zəifləməsinə səbəb olacaqdır. Əsas məqalə:Keynsçilik Sadə Keyns modelinə görə iqtisadi artım üçün ümumi gəlirin artmasına səbəb olan multiplikatorun effekti ilə məcmu gəlirin artması nəzərdə tutulurdu.Xərclər axınından götürülmüş hər bir şey isə iqtisadiyyatda repressiya və depressiya yaradaraq multiplikativ şəkildə məcmu gəliri azaldır.Paradoksal nəticə də buradan irəli gəlirdi: İqtisadiyyatda nə qədər çox əmanət toplanırsa, bununla o qədər kasıb olur.Bu halda bu paradoks məhkum dilemması şəklində olur, yəni harada ki, qənaətlər ayrı-ayrılıqda hər bir insan üçün əlverişlidir, amma bütovlükdə əhali və iqtisadiyyat üçün zərərlidir. Keyns böhrandan çıxış yolu dövlətin iqtisadiyyata müdaxiləsi (hökumət tənzimləmə siyasəti) hesab edirdi.Keyns və onun davamçıları iqtisadiyyatı sabitləşdirmək üçün hökumət xərclərinin istifadəsini təklif edirlər, çünki o nəticədə məcmu tələbə təsirini maksimum səviyyəyə çatdırır,həmçinin məcmu gəlirə dair multiplikativ təsirə malik olur. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman , qənaətcillik paradoksunu, hökumət xərclərinin artırılması siyasətinin həyata keçirilməsi arqumenti kimi təklif etdi.Onun fikrincə, ev təsərrüfatlarının xərcləri azaltmağa məcbur etdiyi bir dövrdə iqtisadiyyat canlanmaq üçün adi istehlakçıların əvəzetməsini tələb edir: məhz hökumət müxtəlif dövlət proqramlarını təsdiq etməlidir.Lakin, Texas ştatının konqresmeni Ron Paulin sözlərinə görə, bugünkü rifah qənaət və gələcəkdə nemətlərin istifadəsinin artması üçün onların istehlakının məhdudlaşdırılması sayəsində yarana bilər. Əsas məqalə:Klassik siyasi iqtisad Qənaətcillik paradoksu ancaq Keyns modelinə məxsusdu.Klassik siyasi iqtisad nəzəriyyəsində yığım demək olar ki, investisiyalara bərabərdir.Ona görə də, klassik təsəvvürlərə əsasən əmanətlərin artırılması investisiya ilə eyni miqdarda artır. Henri Hazlitt diqqət yetirdi ki, Keynsin «Ümumi nəzəriyyə...»də "yığım" və "investisiya" anlayışlarında o bir sıra səhvlər və qeyri-müəyyənliklər mövcuddur.
Qənaətcil startap
Qənaətcil startap (ing. Lean startup) — məhsulun inkişaf dövrlərini qısaltmaq və təklif olunan biznes modelinin məqsədəuyğun olub-olmadığını tez bir zamanda aşkar etmək məqsədi daşıyan biznes və məhsulların inkişafı üçün metodologiya. Buna iş hipotezinə əsaslanan təcrübələr, iterativ məhsul buraxılışları və təsdiq edilmiş öyrənmənin kombinasiyasını qəbul etməklə nail olunur. Qənaətcil startap planlaşdırmadan daha çox intuisiya və çeviklik üzərində müştəri rəyini vurğulayır. Bu metodologiya ənənəvi məhsul inkişaf üsulları ilə müqayisədə uğursuzluqların daha tez bərpasını təmin edir.

Digər lüğətlərdə