Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbas İsrafilov
Abbas İsrafilov (ləzg. Абас Исрафилов, 28 sentyabr 1960, Dərbənd rayonu, Dağıstan MSSR – 26 oktyabr 1981, Əfqanıstan) — Sovet İttifaqı Qəhrəmanı, Əfqanıstandakı Sovet Qüvvələrinin 40-cı Ordusunun tərkibində 103-cü Qvardiya Hava -Desant Diviziyasının 357-ci Qvardiya Paraşütçü Alayının mühəndis tağımının komandir müavini, qvardiya çavuşu. == Ailə == Atası İslam Abasoviç İsrafilov (1916) topçu olmuşdur. Kiyev, Lvov, Krakovun nasist işğalçılarından azad edilməsində və Berlinin alınmasında iştirak etmişdir. Hərbi ixidmətlərinə görə iki Şöhrət ordeni, "İgidliyə görə", "Berlinin alınmasına görə", "Almaniya üzərində qələbəyə görə" və digər medallarla təltif edilmişdir. Anası Səlimət İsrafilova da atası kimi Beliçi konserv zavodunda işləyirdi. == Həyatı == Abbas İslamoviç İsrafilov 28 sentyabr 1960-cı ildə Dağıstanın Dərbənd rayonunun Belici kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir. 1975-ci ildə səkkizinci sinfi bitirib 16 saylı Dərbənd peşə məktəbinə daxil olur, sonra rəngsaz və suvaqçı kimi işə başlayır. 1980-ci ildə bir qrup gənc inşaatçı, komsomolçu ilə birlikdə "Olimpiya kəndini" qurmaq üçün Moskvaya göndərilir.
Abdulla İsrafilov
Abdulla Yadigar oğlu İsrafilov (27 yanvar 1997, Qax – 27 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla İsrafilov 1997-ci il yanvarın 27-də Qax şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Abdulla İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla İsrafilov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abdulla İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdurahman İsrafilov
Abdurahman İsrafil oğlu İsrafilov (11 iyun 1991, Zaqatala rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdurahman İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1997–2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Nilay adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Abdurahman İsrafilov 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011–2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş çavuşu olan Abdurahman İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdurahman İsrafilov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Aftandil İsrafilov
Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) == Həyatı == Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir. Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2 dekabr 2022-ci il tarixində reanimasiya yerləşdirilib.
Anar İsrafilov
Anar İsrəfil oğlu İsrəfilov (4 yanvar 1990, Ağdaş rayonu – 26 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar İsrəfilov 1990-cı il yanvarın 4-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsrəfilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Anar İsrəfilov oktyabrın 26-da Ağdərə istiqamətində şəhid olub. Ağdaş rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsrəfilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Avtandil İsrafilov
Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) == Həyatı == Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir. Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2 dekabr 2022-ci il tarixində reanimasiya yerləşdirilib.
Ağakərim İsrafilbəyli
Ağakərim İsrafilbəyli (azərb. Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli‎; d. 4 dekabr 1948, Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi) — xanəndə. Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Muğamın sirrlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənmişdir. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Həmçinin, münacatla başlanıb qəzəllərlə tamamlanan divanı var. Bir sıra müsabiqələrin qalibidir. Bir çox Avropa ölkələrində Azərbaycan muğamını təqdim etmişdir. == Həyatı == Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur.
Eddi İsrafilov
Eddi İsrafilov (2 avqust 1992) — Azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib. == Həyatı == Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir. == Klub karyerası == Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu.Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi. O, Sequnda Divizya B-də ev oyununda meydana çıxdı, bu oyunda Eddinin komandası 2-1 hesabı ilə qalib gəldi.
Elçin İsrafilzadə
Elçin Bəxtiyar oğlu İsrafilzadə (11 iyul 1990, Muxtariyyat, Şamxor rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin İsrafilzadə 1990-cı il iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində anadan olub. 1996–2005-ci illərdə Qədimqala kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Kənan, Leyla və Yusif adlı üç övladı yadigar qaldı. == Hərbi xidməti == Elçin İsrafilzadə 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İsrafilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin İsrafilzadə oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Qədimqala kəndində dəfn olunub.
Emil İsrafilbəyov
Emil İsrafilbəyov və ya Emil Baku (d. 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİ — ö. 18 yanvar, 2016) — Azərbaycan boksçusu. == Həyatı == Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib."Emil Baku" adı altında uğurlar qazanan boksçi beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.
Fərhad İsrafilov
İsrafilov Fərhad Ramazan oğlu (d. 5 yanvar 1955, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu “7 oğul istərəm” filmindəki Qəqəni obrazı ilə sevib. Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də “Yuğ” teatrının veteranlarındandır. 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb.
Hüseyn bəy İsrafilbəyov
Hüseyn bəy İsrafilbəyov (1838, Yelizavetpol – 22 dekabr 1907) — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi. == Həyatı == 1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir.Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur. Mikayıl bəy İsrafilbəyovun atasıdır. == Fəaliyyəti == 1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.
Həbib İsrafilov
Həbib Yusif oğlu İsrafilov — geologiya elmləri doktoru, professor. == Həyatı == Həbib İsrafilov 1915-ci ildə anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsini bitirib, 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həbib İsrafilov əmək fəaliyyətinə «Buzovnaneft» NQÇİ-də mühəndis işləməklə başlayıb və tez bir zamanda Bakı Su Kəməri İdarəsinin müdir müavini təyin edilib. Həbib İsrafilov 1945-1952-ci illərdə Azərbaycan Geologiya İdarəsində çalışaraq mühəndisdən hidrogeoloji ekspedisiya rəisinə qədər yol keçmişdir. O, 1952-ci ildən BDU-nun Hidrogeologiya və mühəndisi geologiya kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Həbib İsrafilov 1963-1976-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Hidrogeologiya kafedrasında müəllimlik etmişdir. O, qrunt təzyiqli, çayyataqaltı suların əmələgəlmə şəraitlərini, onların səth sulan və hidrotexniki qurğularla qarşılıqlı əlaqələrini, qrunt sulan rejimlərinin əmələ gəlməsinə antropogen təsirin rolunu, həmçinin qrunt suların səviyyə və keyfiyyət rejimlərini tədqiq etmiş, bunların əsasında rejimin genetik tipləri müəyyən edilmiş, Kür-Araz düzənliyini hidrogeoloji rayonlaşdırmaq mümkün olmuşdur. Hidrogeologiya kafedrası18 elmlər namizədi hazırlamış, 6 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, 200 məqalə, 3 monoqrafiyanın müəllifidir.
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor == Həyatı və təhsili == 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. === Ailəsi === Ailəlidir, bir övladı var. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. === Elmi fəaliyyəti === Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. == Mükafat və təltifləri == 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir.2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.27 sentyabr 2011-ci ildə «Tərəqqi» medalına layiq görülmüşdür.
Kamran İsrafilov
Kamran Ağakərim oğlu İsrafilov (5 sentyabr 1979, Bakı- 12 fevral 2018, Bakı) – Azərbaycanın tanınmış teleaparıcısı, İctimai Televiziya və Radio Yayımları şirkətinin uşaq və digər verilişlərinin aparıcısı, müxtəlif televiziya və dövlət səviyyəli layihələrin ssenari müəllifi, o cümlədən Mərdəkan Mədəniyyət sarayının və Uşaq Teatr Studiyasının bədii rəhbəri. == Həyatı == Kamran İsrafilov 5 sentyabr 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1985-ci ildə 29 saylı orta məktəbin birinci sinfinə qəbul olunub. Kiçik yaşlarından teatra, musiqiyə və ədəbiyyata böyük maraq göstərən Kamran, hələ şagird ikən öz məktəbli yoldaşları ilə müxtəlif nağıllar əsasında tamaşalar hazırlayıb, məktəb səhnəsində çıxış edirdi. 1996-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olunur. 2000-ci ildə isə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2002-ci ildə fərqlənmə ilə bitirir. Bir neçə müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Daha sonra Kamran İsrafilov uzun illər , İctimai Televiziyada uşaq və digər verilişlərin aparıcısı kimi fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz Bahar Festivalı"nın aparıcısı olur. Fransanın Strasburq şəhərində UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında, həmçinin Türkiyədə keçirilən "Uluslararası 23 nissan Çocuk Festivalı"nın və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. == Bioqrafiyası == Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib. == Tarixi == 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər.İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. == Memarlıq xüsusiyyətləri == Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır. Fasadın orta hissəsində rizalitlərin şaquli olması, bölünmələrin perspektivliyi pəncərələrin tağ açırımlarına çevrilərək, karnizin yumşaq əyrixətli bölünməsi ilə boşluğa keçmiş və yaşıl rəngli dekorativ kərpicdən istifadə olunmuşdur.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. == Həyatı == Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. == Ailəsi == Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Leyli Erol (İsrafilova)
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. == Həyatı və karyerası == Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986-1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Mikayıl bəy İsrafilbəyov
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu. == Həyatı == Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). == Həyatı == Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ildə Lənkəran, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.
Möhsün İsrafilbəyov (Qədirli)
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). == Həyatı == Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ildə Lənkəran, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.
Nadir İsrafilov
İsrafilov Nadir Xudaverdi oğlu — Azərbaycan — tarix üzrə ekspert , publisist, tənqidçi, pedaqoq, Mütəfəkkir. == Həyatı == 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunun Xaçmaz şəhərində doğulmuşdur. 1969-cu ildə Xaçmaz şəhər 1 nömrəli orta məktəbində orta təhsilini rus dilində alır. Orta məktəbi bitirdikdən sonra, elə həmin il ali məktəbə daxil olur. Əmək fəaliyyətinə təyinat yolu ilə Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbində 1973 -cü ildə tarix müəllimi kimi başlayır. == Təhsili == 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirmişdir. == Fəaliyyəti == Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışmışdır. == Mükafatları, təltifləri və fəxri adları == === SSRİ dövrü === “Ali kateqoriyalı müəllim”, “Azərbaycan (SSR) “Xalq maarif əlaçısı” kimi bir çox mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüşdür” == Yaradıcılığı == Çox sayda proqram, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifidir. == Kitabları == Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.
Nazim Rza İsrafiloğlu
Rzayev Nazim İsrafil oğlu (Nazim Rza) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı == Həyatı == Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959-1964-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Bəndər Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
İsra Hirsi
İsra Hirsi (ing. Isra Hisri; 22 fevral 2003, Minneapolis, Minnesota) — Gənclərin iqlim tətilinə rəhbərlik edən amerikalı ətraf mühit fəalı. 2020-ci ildə o, Fortunenin 40-dan 40-a qədər siyasətçilər və hökumət rəsmiləri siyahısına daxil edilir. == Bioqrafiya == Hirsi 22 fevral 2003-cü ildə Minnesota ştatının Minneapolis şəhərində ABŞ konqresmeni İlhan Ömərin ailəsində anadan olub. 12 yaşında o, Mall of America-da Jamar Clark tərəfindən ədalət uğrunda keçirilən etiraz aksiyasında iştirak edib. O, hazırda Minneapolis Liseyində oxuyur, burada ilk dəfə ətraf mühit klubuna qoşulub. O, gənclərin iqlim tətilinin qurucularından biridir. İsra 15 mart və 3 may 2019-cu il tarixlərində ABŞ-də yüzlərlə tələbənin başçılıq etdiyi tətilləri koordinasiya edib. 2019-cu ilin yanvarında Youth Climate Strike, iqlim dəyişikliyi üçün qlobal gənclər hərəkatının Amerika qolunun ABŞ-dəki həmtəsisçilərindən biri olub. O, bu qrupun birgə icraçısı kimi çıxış edir.
İsra Surəsi
17-ci surə əl-İsra (Gecə vaxtı seyr) və ya Bəni-İsrail (İsrail oğulları) surəsi (Məkkədə nazil olmuşdur, 111 ayədir). Surə adını ilk ayədə işlənən və gecə vaxtı seyr mənasını verən "isra" sözündən almışdır.
ISAF
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Övsafül-Əşraf
Övsavül Əşraf - Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən yazılmış kitabdır. Kitabın adı ərəbcədən tərcümədə "Şərafətli insanların xüsusiyyətləri" deməkdir. Kitabın dəqiq yazılma tarixinə aid mənbələrdə məlumat verilməsə də 14-cü əsrdə yazıldığı məlumdur. Bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulmuşdur. Kitabın əsas hissəsini elmi, əxlaqi, irfani və məfhumlar təşkil edir. == Tarixi == Nəsirəddin Tusi əsərində mömin insanlara Allahla etdikləri əhdə sadiq olmalarını tövsiyə edir. Onun fikrincə Allahla etdikləri əhdə sadiq qalanlar, yəni siddiqləri peyğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Nəsirəddin Tusi burada Qurani-Kərimin ayələrindən sitat gətirərək yazırdı: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar». İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişdir: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.» Kitabda düzgünlük və sədaqətin məqsədə çatmaq üçün ən yaxşı yol olduğu başa salınır va yazılır ki, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır.Əsərin müqəddiməsində yazılır ki, Nəsirəddin Tusi bu risaləni Hülaki xanın oğlu Abaqa xanın vəziri Şəmsəddin Məhəmmədin adına yazmışdır. Şəmsəddin Məhəmmədin 22 illik vəzirliyini nəzərə alsaq, böyük ehtimalla Nəsirəddin Tusi bu əsəri onun vəzirliyinin ilk illərində yazmışdır.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
İbray
İbray (Avurğazı)
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. == Etimologiya == İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio (“imtahan”, “təlim” və yaxud “bilik”) sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. == İlkin tədqiqatlar == "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384-322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əzəblərşək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. == Həyatı == İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İsrafil
İsrafil — kişi adı. İsrafil Aşurlı — İsrafil Şahverdiyev — İsrafil Məmmədovİsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
İthaf
İthaf (film, 1969)
İslam Rzayev (icra başçısı)
İslam Vahid oğlu Rzayev (1965, Göyçay rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == 1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir. "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir. Ailəlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Sirab
Sirab mineral suyu
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
İxrac
İxrac – informasiyanın bir sistemdən və ya proqramdan başqasına ötürülməsi; idxal (IMPORT) əməlinin əksidir. Verilənlərin, xüsusən görüntüləri olan sənədlərin ixracı, informasiyanı qəbul edən proqram və ya sistem tərəfindən bu və ya başqa formada dəstəklənməlidir. Bəzi tətbiqi proqramlarda başqa proqramların istifadə etdiyi fayl formatlarının dəstəklənməsi nəzərdə tutulub ki, onların arasında verilənləri asanca ötürmək mümkün olsun. Başqa imkanlar olmadıqda sırf mətn fayllarını özgə proqrama ASCII formatında (adi mətn, yəni formatlanmamış) ixrac etmək olar. İxracat və ya Eksport (ing. export) — əmtəələrin xarici bazarda realizə edilməsi üçün xaricə aparılması; idxalatın əksi. iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
Əsnaf
Əsnaf (ərəbcə - sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
İskra
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet. == Haqqında == 1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar.V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi. "İskra" "Brdzola"nın ilk nömrəsini hərarətlə təbrik etmiş, onu ən böyük və mühüm hadisə kimi qiymətləndirmişdir.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Aşram
Aşrama (sanskr. आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq, yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir: Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi. Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
İrşad
İrşad (qəzet)
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç.Pirs (1839-1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir.İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
İşxan
İşxan — ad. İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı.Digərİşxan (titul) — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. İşxan qızılbalığı — qızılbalıqlar fəsiləsinə aid balıq növü.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. == Əlamətlər == Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması == Növləri == Müharibə şəraitində işğal;IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.