QAĞ

рах. сив ахъа, гьакӀан пев хьтин, ваякьан (кил. vağ 2).
QAFQAZLI
QAĞA³
OBASTAN VİKİ
Audoin qağayısı
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağ qağayı (cins)
Ermənistan qağayısı
Ermənistan qağayısı (lat. Larus armenicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur. == Xüsusiyyətləri == Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir. == Yuva == Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər. == Yayılış == Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrail və Sinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.
Göl qağayısı
Chroicocephalus ridibundus (lat. Chroicocephalus ridibundus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin chroicocephalus cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Böyüklükləri 38–44 sm, qanad açıqlıqları 94–105 sm qədərdir. Yay fəslindəki yetkin quşların şokolad rəngli bir başı, açıq boz bədəni, qara uclu ilk qanad tükləri və qırmızı dimdik və ayaqları vardır. Yetkinliyə çatması 2 il çəkir. İlk il quşlarının quyruq ucunda qara zolaqlar vэ qanadlarda tünd sahələr görülür. == Ekologiyası == Koloniyalar halında böyük qamış yataqları və ya bataqlıqlarda və adalarla göllərdə yaşayırlar, yerdə yuva qururlar. Açıq dəniz quşları deyillər. == Qidalanma == Şəhərlərdə zibil qarışdırır və ya onurğasız heyvanları ovlayırlar.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58–67 sm, qanad açıqlığı isə 146–162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2–4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır. Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Gümüşü Qağayılar (1937)
Gümüşü qağayılar (film, 1937)
Müqəddəs tərcüməçilər kilsəsi (Qağartsi)
Müqəddəs tərcüməçilər kilsəsi — Xocavənd rayonunun Qağartsi kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XIX əsrin II yarısında inşa edilmişdir. XX əsrin əvvəllərində bu kilsədəki həyat ağacından hazırlanmış relikvariyada qədim gümüş xaç və şəkilli İncil əlyazması saxlanılırdı. Kitabənin qeydiyyat yerində xəbər verilir ki, o, yazar Hovannes tərəfindən köçürülmüşdür. Üçnefli bazilika quruluşuna malik olan kilsə, planda düzbucaqlı formasına malikdir. Kilsənin ölçüləri 18,75x12,60 metrə bərabərdir. Divarların hörgüsündə kobud yonulmuş daşlardan istifadə edilmişdir. İkitərəfli damla örtülmüş tağtavan yan divarlar və tağların əlaqələndirici sütunları üzərində dayanır. Apsida, pəncərə və qapı çərçivələrinin hazırlanmasında yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.
Qara qağayı (film, 1962)
"Qara qağayı" (rus. Чёрная чайка) — rejissor Qriqori Koltunovun filmi. İnqilabdan sonra Kuba ərazisində dinc əhalidən balıqçılar normal yaşayışa qayıtmağa çalışırlar. Lakin inqilabın düşmənləri bu rayona təxribatçı dəstələr göndərirlər. Onlar dinc əhalini öldürürlər. Hadisələrin mərkəzində xəyalpərəst balaca Manolonun həyatı durur. Kubanın ərazisində köçəri sirk çıxış edir. Onlar öz çıxışlarını kəndlərdə təşkil edirlər. Orada sərrast zərbə endirən nişançı snayper var. Nəticədə elə onun düşmən təxribatçısı olduğu bilinir.
Qarabaş qağayı
Qağacılı
Qağacılı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Qağacılı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonimin əsli Qax Hacılıdır. Kənd Qax mahalından köçüb gəlmiş hacılı nəslinin məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qağalı (Xudafərin)
Qağalı (fars. قاقالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (25 ailə).
Qağartsi
Qağartsi (əvvəl rusdilli mənbələrdə: Kaqarza) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qağartsi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Güman etmək olar ki, oykonim qaq (yumru), art (dag, yüksək- lik) və si (su) komponentlərindən düzəlib, "yumru başlı dağdan axan su" mənasındadır və Xonaşençaya işarədir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Xonaşen çayının sahilində, dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qağayıbaş susüpürən
Qağayıkimilər
Qağayılar (lat. Laridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qağayılar
Qağayılar (lat. Laridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qağayılar (pyes)
Qağayılar (rus. Чайка) — rus yazıçı Anton Pavloviç Çexovun pyesi. Anton Çexovun 1896-cı ildə yazılmış 4 pərdəli "Qağayı" komediyasının personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir. İrina Nikolayevna Arkadina - məşhur aktrisa, ərlik soyadı isə Treplyovadır. Konstantin Qavriloviç Treplyov - İrina Nikolayevnanın oğlu Pyotr Nikolayeviç Sorin - İrinanın qardaşı Nina Mixaylovna Zareçnaya - gənc xanım, varlı mülkədarın qızı İlya Afanasyeviç Şamrayev - istefaya çıxmıç poruçik, Sorinin malikanə müdiri Polina Andreyevna - onun arvadı Maşa - onun qızı Boris Alekseyeviç Triqorin - yazıçı Yevgeni Sergeyeviç Dorn - həkim Semyon Semyonoviç Medvedenko - müəllim Yakov - işçi Aşpaz Qulluqçu qadın Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir.
Qütb qağayısı
Qütb qağayısı (lat. Larus glaucoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64–65 sm olur. Çəkiləri 1,5–2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur. Qütb qağayıları Asiya, Şimali Amerika və Avropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər. Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər.
Xəzər qağayısı
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi. İri parlaq rəngli quşun elədə böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.
Çəhrayı qağayı
Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şimal yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi Sibir və Qrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.
Şərq qağayısı
Adi ağ qağayı
Adi ağ qağayı (lat. Pagophila eburnea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ağ qağayı cinsinə aid heyvan növü. Yetkinləri ağ, körpələri tund ləkələri mövcuddur, göz ətrafinda qırmızı halqa var, ayaqları qaradır. Bədən uzunluğu 45 sm. == Yayılması == Ağ qağayı əsasən Arktik zonada yayılmışdır və Şimali Amerika və Avrasiyanın arktik və subartik iqlim qurşağda təsadüf edilir. Rusiya ərazisində Şimal Torpağı, Frans-İosif Torpağı və Kara dənizinin adalarında rast gəlinir. вов Карского моря. Yeni Torpaq adalarında bir yuva aşkarlanmışdır ki, oda qərbdə müşahidə edilmişdir. Vrangel adasında isə aşkarlanmamışdır. Qışlama dövrü onlar əsasən Barens dənizi və Berinq dənizi sahillərinə üz tuturlar.

Значение слова в других словарях