Qağartsi (əvvəl rusdilli mənbələrdə: Kaqarza[1]) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qağartsi kənd inzibati ərazi dairəsində kənd.[2] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qağartsi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Qağartsi | |
---|---|
39°48′54″ şm. e. 46°56′29″ ş. u. | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 904 m |
Saat qurşağı | |
Güman etmək olar ki, oykonim qaq (yumru), art (dag, yüksək- lik) və si (su) komponentlərindən düzəlib, "yumru başlı dağdan axan su" mənasındadır və Xonaşençaya işarədir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Xonaşen çayının sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.