Müqəddəs tərcüməçilər kilsəsi — Xocavənd rayonunun Qağartsi kəndində yerləşən tarix-memarlıq abidəsi.
Müqəddəs tərcüməçilər kilsəsi | |
---|---|
39°48′54″ şm. e. 46°56′29″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd rayonu |
Yerləşir | Qağartsi kəndi |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası |
Vəziyyəti | xarabalıqları qalır |
|
Kilsə XIX əsrin II yarısında inşa edilmişdir. XX əsrin əvvəllərində bu kilsədəki həyat ağacından hazırlanmış relikvariyada qədim gümüş xaç və şəkilli İncil əlyazması saxlanılırdı. Kitabənin qeydiyyat yerində xəbər verilir ki, o, yazar Hovannes tərəfindən köçürülmüşdür.[1]
Üçnefli bazilika quruluşuna malik olan kilsə, planda düzbucaqlı formasına malikdir. Kilsənin ölçüləri 18,75x12,60 metrə bərabərdir.[1] Divarların hörgüsündə kobud yonulmuş daşlardan istifadə edilmişdir.
İkitərəfli damla örtülmüş tağtavan yan divarlar və tağların əlaqələndirici sütunları üzərində dayanır. Apsida, pəncərə və qapı çərçivələrinin hazırlanmasında yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.[1]