QALIQ QAYALAR

şelf daxilində, sahilə yaxın sahədə dəniz səthindən yuxarı qalxan, abraziya nəticəsində parçalanmış quru çıxıntılarının qalığından ibarət olan qayalar. скалы-останцы chimney rocks
QALIQ DÜZƏNLİK
QALIQ MASSİV
OBASTAN VİKİ
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bugünkü enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır. Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Qıvrım qayalar
Fasiya və Qalıq üsulu