QANLI-QAÇAQ

нареч. мидя, душман (ивидин).
QANLI
QANLI-QADALI
OBASTAN VİKİ
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. == Tarixi == Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. == Həyatı == Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
== Həyatı == Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. == Həyatı == Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid == Həyatı == Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qaçaq Kərəm
Qaçaq Kərəm — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. == Həyatı == On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri. == Həyatı == XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndiyev xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib. Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım (1897 – 1967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri. == Həyatı == 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. == Gəncə üsyanında iştirakı == Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. == Həyatı == Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. == Ailəsi == Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. == Həyatı == Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. == Həyatı == Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. == Həyatı == Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. == Mənbə == Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. == Ümumi məlumat == Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar rayonunda baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
Qanlı (Kəleybər)
Qanlı (fars. قانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (18 ailə).
Qanlı (Xudabəndə)
Qanlı (fars. قانلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (58 ailə).
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qanlı gədik
Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım. == Haqqında == Oronim qanlı sifəti ilə Azərbaycan dilində "dağ belində batıq", "hündür dağ arasında yol", "dağ keçidi, aşırım" mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Qanlı töyrə
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Qanlı yağış
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq. == Həyatı == Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.

Значение слова в других словарях