qaranlıq məsələ

it is a dark forest for someone / Cf. it’s Greek to someone / someone is at sea тёмный (дремучий) лес (что-либо совершенно непонятное, незнакомое)
qaranlıq quyuya daş atmaq
qaranlıq məsələ haqqında
OBASTAN VİKİ
Qaranlıq
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq materiya
Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq fentezi
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq (Duzluca)
Qaranlıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Çətin məsələ (film, 1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Qaranlıq (film, 2018)
Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi. Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır. İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar.
Qaranlıq (serial, 2017)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Qaranlıq qala (silsilə)
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Qaranlıq meşə fərziyyəsi
Qaranlıq meşə fərziyyəsi — kainatda bir çox yadplanetli sivilizasiyanın mövcud olduğu, lakin onların həm səssiz olmağı, həm də düşmən mövqe saxlaması, beləliklə başqa düşmən və aşkar edilməyən sivilizasiya tərəfindən məhv edilmək qorxusundan öz aşkar edilməzliyini qoruyub saxladıqları haqqında fərziyyə. Bu, Fermi paradoksunun bir çox mümkün izahatlarından biridir. Burada yadplanetli həyatı ilə təmasların olmaması bunun kimi potensiallara müqayisə olunur. Qaranlıq meşə fərziyyəsi "ölümcül tədqiqat raketləri" və ya "berserker" fərziyyələrinin bir variantıdır. Adını Lyu Sınsin tərəfindən 2008-ci ildə yazılmış romandan götürür. Yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə və ya onunla əlaqə saxlamağa cəhd etdiyinə dair heç bir etibarlı və ya təkrarlana bilən sübut yoxdur. Ağıllı yerdənkənar həyatın heç bir möhkəm sübutu aşkar və ya müşahidə edilməmişdir. Bu, kainatın çoxlu sayda planetlə dolu olması ilə bağlı biliklərə ziddir və onların bəzilərində həyat üçün əlverişli şərait var. Həyat adətən bütün mövcud boşluqları doldurana qədər genişlənir. "Qaranlıq meşə" fərziyyəsinə görə, kosmosa uçan hər hansı bir sivilizasiya hər hansı digər ağıllı həyata qaçılmaz təhlükə kimi baxacaq və bununla da özünü tanıdan hər hansı yeni yaranan həyatı məhv edəcək.
Rəqəmsal qaranlıq dövr
Rəqəmsal qaranlıq dövr — texnologiyaların inkişafı və məlumatların çürüməsi nəticəsində korlanan, qıtlaşan və ya əlçatmaz hala gələn köhnəlmiş fayl formatlarının, proqram təminatlarının və ya texniki vasitələrin birbaşa nəticəsi olaraq rəqəmsal dövrdə tarixi məlumatın çatışmazlığı. Gələcək nəsillər üçün elektron sənədləri və multimediaları əldə etmək çətin və ya qeyri-mümkün ola bilər, çünki onlar köhnəlmiş və qeyri-müəyyən fayl formatında və ya köhnəlmiş fiziki daşıyıcıda, məsələn, disketlərdə saxlanılır. Bu ad Qaranlıq dövr terminindən irəli gəlir. Burdakı məna rəqəmsal dövrdə sənədlərin rəqəmsal formatlara köçürülməsi və orijinal nüsxələrin itməsidir. Termin ilk dəfə 1997-ci ildə Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) konfransında istifadə olunub. Termin 1998-ci ildə Long Now Foundation və Getty Conservation Institute tərəfindən birgə maliyyələşdirilən Time and Bits konfransında da qeyd olunub. Problem mətn sənədləri ilə məhdudlaşmır, eyni zamanda foto, video, audio və digər növ elektron sənədlərə də aiddir. Termin istifadəsinə səbəb olan narahatlıqlardan biri sənədlərin oxunması üçün xüsusi təchizat tələb edən fiziki mediada saxlanması və bu cihazın sənədin yaradıldığı vaxtdan bir neçə on il sonra mövcud olmayacağıdır. Rəqəmsal qaranlıq dövr köhnəlmiş fayl formatları səbəbindən yaranan problemlərə də aiddir. Belə olan halda, saxlanan sənədləri əldə edərkən problem yaradan şey lazımi proqram təminatının olmamasıdır.