qatıq-südlü

qatıq-südlü
qatıq-süd
qatıq-südsüz
OBASTAN VİKİ
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatıq muzeyi
Qatıq muzeyi (bolq. Музей на киселото мляко) – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey. Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir. == Haqqında == Muzey 29 iyun 2007-ci ildə açılıb. Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var. Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir. Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər. Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur. Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var. Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.
Südlü kakao
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Südlü plov
Südlü plov — Azərbaycan mətbəxinə aid geniş yayılmış plov növlərindən biri. Südlü plov bir neçə üsulla hazırlanır. == Tərkibi == 1 kq düyü, 2 litr süd, duz, zəfəran, 100 qram kişmiş, 100 qram xurma, 350 qram kərə yağı, bal, qaymaq – zövqə görə. == Hazırlanması qaydası == Südlüplov ətsiz, yalnız südlə bişirilir. Düyü təmizlənir, xırdası çoxdursa, aşsüzəndən keçirilir. Düyü isti suda təmiz yuyulur. Bir hissə düyüyə iki hissə süd götürülür. Süd qaynadıqdan sonra içinə düyünü tökülür, qarışdırılır, bir az duz vurulur. Rəngi saralanadək zəfəran tökülür, yenidən qarışdırılır. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır.
Meyvəli-südlü içki
Meyvəli südlü içki — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də şadyanalıq rəmzi olaraq toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Süd −800 ml, şəkərli və ya şəkərsiz alma püresi – 200 q, Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər – 80 q. == Hazırlanma qaydası == Süd qaynadılır, soyudulur. Alma püresi daim qarışdırılmaq şərtilə üzərinə süd əlavə edilir, çalınır və soyudulub süfrəyə verilir. Bu içki başqa meyvə- giləmeyvə püresi və şirəsi ilə də hazırlamaq olar.