Qaytağı
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb.
== Söz açımı ==
Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var.
1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.
Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir.