Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ödəm
Ödəm (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Ödəmin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Ödəm uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Ödəm yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli ödəm === Yerli ödəmdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda ödəm toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların ödəminə nümunələr: Periferik ödəm — (ayaqların ödəmi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. == Yarımfəsilələri == Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Örək
Örək (Ürək) - türk, tatar və altay xalq inancında yaşayan ölü. İnsanların öldürüldüyü və ya insan qanının axıdıldığı yerdə ortaya çıxdığı deyilər. Daha çox, öldürülən insanların məzarı üstündə rast gəlinir. Örək insanlara zərər verməz, ancaq onun gəzişdiyi görülər, ya da kədərli səslərlə inlədiyi eşidilər. Bu baxımdan xortlaqdan fərqlidir, çünki xortlaq insanlara zərər verə bilər. Öldürülmüş insanların ruhu dinclik tapa bilməz və qatilin ya qapısını çalar və ya pəncərəsini tıklar. Qatil bu səbəblə ağlını itirə bilər. Uzun boylu və zəif olub, kəfənini çıxararkən yalnız üzünü açır. İnsan öldürmənin enində sonunda cəzasız qalmayacağını izah etməkdədir. == Etimologiya == (Ör/Ür) kökündən törəmişdir.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Bizquyruq ördək
Bizquyruq ördək (lat. Anas acuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Dalğıc (ördək)
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Fitçalan ördək
Fitçalan ördək (lat. Anas crecca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Pərli ördək
Pərli ördək (lat. Biziura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qılquyruq ördək
Sarıdimdik ördək
Sarıdimdik ördək (lat. Anas georgica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Sarıdimdik ördək qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil. == Yayılması == Sarıdimdik ördək əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür. == Yaşayış yeri == Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar. == Çoxalması == Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur.
Yaşılbaş ördək
Yaşılbaş ördək (lat. Anas platyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Yaşılqanad ördək
Yaşılqanad ördək (lat. Anas carolinensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Zolaqlı ördək
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çəhrayıbaş ördək
Çəhrayıbaş ördək (lat. Rhodonessa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çəhrayıqulaq ördək
Çəhrayıqulaq ördək (lat. Malacorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çətirtel ördək
Çətirtel ördək (lat. Chenonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oden
Oden (yapon. おでん, 御田) - Yaponiyanın qış yeməyinin bir növü. == Tərkibi == Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. == Yayıldığı regionlar == Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. === Yaponiya === Kansoi əyalətində kanta adlanır. === Çin === Çində hər 7-11 marketdə oden "haodun" (好炖) adlanır.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.