Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (ö. may 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. Sicill-i Osmani I cild, səh.
Kürəkən Cəfər Paşa
Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu və 1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır. Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır.
Kürəkən Fərid Paşa
Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu. Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Qaradağın Poşası kəndindən olduğu deyilir. Ali Birinci, Hürriyet ve İtilâf Fırkası, Dergâh Yay. 1990, sf. 48-49 ve 55-64 Murat Bardakçı, Şahbaba, Pan Yay.
Kürəkən Həmid Əfəndi
Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.
Kürəkən Həsən Paşa
Kürəkən Həsən Paşa (1658 – 1713, Ər-Rəqqə) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Naîmâ, Târih, VI (ilâve kısım), s. 3-4; Silâhdar, Târih, II, 296-297, 300, 498, 788-790; a.mlf., Nusretnâme, I/1, s. 27-33, 110, 115; Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 434-435; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 1969, s. 3-5; Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 231, 232; Hammer, HEO, XII, 315-316, 361-363, 428; Atâ Bey, Târih, II, 2-3, 75-76; Sicill-i Osmânî, II, 146-147; Tanışık, İstanbul Çeşmeleri, II, 294, 297; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 273-276; Danişmend, Kronoloji, III, 457, 476; V. J. Parry, “Ḥasan Pas̲h̲a, Damad”, EI2 (İng.), III, 252.
Kürəkən Mehmed Paşa
Kürəkən Mehmed Paşa (ö. avqust 1592) — Osmanlı sultanı III Murad və III Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, III Mehmed dönəmi sədrəzəmlərindən İbrahim Paşanın qardaşıdır. Əndərunda yetişərək Şəhrizor bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Bir müddət sonra vəzifədən alınaraq İstanbula çağırılmış, 1581-ci ildə Şahzadə Mehmedin qızı Hümaşah Sultanla nigahlanmışdır. Bi nigahdan bir oğlu dünyaya gəlmişdir. 1592-ci ilin avqustunda İstanbulda vəfat etmiş, cənazəsi Şahzadəbaşı məscidinin bağçasına dəfn edilmişdir. Sicill-i Osmani IV cild, səh.
Kürəkən Numan Paşa
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu. Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Kürəkən Osman Paşa
Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Kürəkən Süleyman Paşa
Kürəkən Süleyman Paşa (osman. العريس سليمان باشا) (ö. 28 iyul 1748) — Osmanlı sultanı IV Murad, Sultan İbrahim və IV Mehmed dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunun bostancı bölüyündə yetişmiş, 1738-ci ilin mayında Ədirnə sarayının başbostancısı təyin edildi. 7 fevral 1744-cü ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1745-ci ilin aprelində Bosniya, 1746-cı ilin noyabrında isə Anadolu bəylərbəyi təyin edilir. Bu vəzifədə ikən 6 yanvar 1748-ci ildə Osmanlı sultanı III Əhmədin qızı Zübeydə Sultanla nigahlandı. Ancaq geri dönüş yolunda ikən həmin ilin 28 iyulunda vəfat etdi. Öncəki evliliyindən Seyid Əhməd Paşa adlı oğlunun olduğu bilinir.
Kürəkən Sənan Paşa
Kürəkən Sənan Paşa (osman. دمة سنان باشا; v. 12 yanvar 1504, Konya və ya Anadolu əyaləti) — Osmanlı sultanı II Bəyazid dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. 1492-ci ildə Əndərundakı təhsilini tamamlamış və Gəlibolu sancaqbəyliyi ilə kaptan-ı dərya təyin edilmişdir. Ardından II Bəyazidin qızlarından Ayşə Sultanla evləndirilmiş və bu nikahdan 6 övladı dünyaya gəlmişdir. 1493-cü ildə kaptan-ı dəryalıqdan alındı və bir müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1501-ci ildə Anadolu bəylərbəyi təyin edilsə də, çox keçmədən 12 yanvar 1504-cü ildə Konyada vəfat etdi. Sultanzadə Əhməd bəy — Vize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi. Gövhərxan Sultan Ayşə xanım Sultan — Ankara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi.
Kürəkən Xəlil Paşa
Maraşlı Xəlil Paşa (1570, Qəhrəmanmərəş ili – 1629, Konstantinopol) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 ay 7 gün müddətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. Qəhrəmanmaraşın Süleymanlı qəsəbəsində yaşayan erməni əsilli bir ailədə dünyaya gəlmişdir. Böyük qardaşı III Muradın yavəri Bəylərbəyi Mehmed Paşa idi. Əndərunda təhsil almış, əvvəlcə şahinçibaşı, daha sonra isə çarkaçıbaşı olaraq sarayda xidmət göstərdi. 1607-ci ilin iyul ayında Maryol Hüseyn Paşanın yerinə yeniçəri ağası seçildi və saraydan ayrıldı. Bu vəzifədə ikən Cəlali üsyanlarının yatırılmasında Quyucu Murad Paşaya dəstək vermişdir. Həmin illərdə kaptan-ı dərya olan Hafiz Əhməd Paşa ilə aralarında olan münaqişə səbəbilə Quyucu Murad Paşa bu vəzifədə özünə sadiq bir dövlət adamı axtarırdı. Nəhayət 6 fevral 1609 tarixində Xəlil Paşa Əlcəzair bəylərbəyliyi və kaptan-ı dərya seçildi. Kaptan-ı dərya olduğu ilk ildə müsəlman gəmilərinə hücum edən maltalı və florensiyalı dəniz quldurlarına qarşı mübarizə apardı. Avropalıların "qırmızı kalyon", türklərin isə "qara cəhənnəm" olaraq adlandırdığı maltalı dəniz qulduru dəstəsinə qarşı başlatdığı 2 günlük dəniz döyüşündə qalib gəldi və 500 əsir, 2000 tüfəng, 160 top ələ keçirdi.
Kürəkən İbrahim Paşa
Kürəkən İbrahim Paşa, (d. ? - ö. 10 iyul 1601) Sultan III. Mehmed dönəmində 3 dəfə, ümumilikdə 3 il 11 ay 27 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. Sultan III. Muradın qızı Ayşə Sultanla evlənməsi ilə Kürəkən olaraq anılan İbrahim Paşa Kanija qalasının fəth edilməsi səbəbilə "Kanija Fatehi" ünvanı ilə məşhurdur. İbrahim Paşanın doğum tarixi bilinməsə də, Nevizadə Atayinin qeydlərinə görə əslən bosniyalıdır. 1531-ci ildə dəvşirilərək Əndəruna daxil olmuşdur. Sultan III. Muradın cülus mərasiminə qədər rikapdarlığa, mərasimdən sonra silahdarlığa və 1580 tarixində yeniçəri ağalığına yüksəldi. 1581-ci ildə Rumeli bəylərbəyi oldu. Bundan 1 il sonra Sultan III. Muradın kəriməsi (qızı) Ayşə Sultanla nişanlandı.
Kürəkən İsmayıl Paşa
Kürəkən İsmayıl Paşa (ö. aprel 1666) — Osmanlı sultanı IV Mehmedin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən boşnak olub, Əndərunda yetişmiş, daha sonra baş qapıçı, baş çavuş və baş miraxur vəzifələrində çalışmışdır. Sultan Muradın xanımlarında Hasəki Sənubər Sultanın uzaq qohumu idi. 1657-ci ildə vəzirlik rütbəsi alaraq İstanbul naibi təyin edildi. 1658-ci ildə sədrəzəm Körpülü Mehmed Paşanın vasitəçiliyi ilə üsyançı Topal Kənan Paşadan boşandırılan Atikə Sultanla nigahlandı və üsyançı paşanı ələ keçirmək məqsədilə Anadolu müfəttişliyinə gətirildi. Bu vəzifədə ikən Anadoluda alovlu silahları topladaraq iğtişaşların önünü almağa çalışdı. Ertəsi il Topal Kənan Paşanın əcəcliylə vəfatının ardından geri çağırıldı və öncə Budin, daha sonra Bosniya əyalətinə təyin edildi. 1663-cü ilin martında ikinci dəfə İstanbul naibi seçildi. Həmin ilin avqustunda Özi, 1664-cü ildə isə Ərzuruma təyin edildi.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Kürəkən Ağa Mehmed Paşa
Ağa Mehmed Paşa (ö. 1771) — Osmanlı sultanı III Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Nişli olub, Hacı Hüseyn Paşanın bacısı oğludur. Dayısının kəndxudası olaraq xidmət etdikdən sonra 1758-ci ildə baş durnaçı, 1762-ci ilin mayında yeniçəri ağası oldu. 1 noyabr 1763-cü ildə vəzir rütbəsiylə sədarət naibi, həmin ilin dekabrında isə kaptan-ı dərya təyin edildi. Bu vəzifədə ikən 1764-cü ilin mayında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Nigahın ardından 1765-ci ilin fevralında Vidin, aprelində Anadolu və Bosniya, 1766-cı ilin martında Rumeli valisi oldu. 1769-cu ilin mayında Hotin sərdarı təyin edildi ancaq həmin ilin sentyabrında vəzirliyi geri alınaraq Şumnuya sürgün edildi. 1770-ci ildə vəzirliklə Hələb bəylərbəyi olsa da, bölgədə aldığı sərt tədbirlər səbəbilə, ertəsi il yeniçərilər tərəfindən qətlə yetirildi. Sicill-i Osmani IV cild, səh.
Kürəkən Hafiz Əhməd Paşa
Hafiz Əhməd Paşa (ö. dekabr 1735) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Mustafanın vəziri Osman Paşa idi. Atası Osmanlı sülaləsindən 2 sultanla evlənsə də, Əhməd Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Atasının vasitəçiliyi ilə baş qapıçı olmuş, ardından 1722-ci ilin noyabrında Sayda bəylərbəyi, 1723-cü ildə vəzir oldu. 21 fevral 1724-cü ildə baş tutan mərasimdə Sultan Əhmədin qızlarından Xədicə Sultanla nikahlandı. 1731-ci ilin sentyabrında kaptan-ı dərya olsa da, həmin ilin noyabrında vəzifədən alınaraq yenidən Saydaya təyin olundu. 1734-cü ildə Rumeli bəylərbəyi oldu və 1735-ci ilin dekabrında vəfat etdi. Sicill-i Osmani I cild, səh.
Kürəkən Mahmud Cəlaləddin Paşa
Mahmud Cəlaləddin Paşa adı ilə Osmanlı imperiyası tarixində 3 paşa var:
Kürəkən Mehmed Əli Paşa
Mehmed Əli Paşa (1813 – 1868, Konstantinopol) — Sultan Əbdülməcid səltənətində 7 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Şer‘iyye Sicilleri Arşivi, Kısmet-i Askeriyye Mahkemesi, nr. 1809, vr. 64-65, 73-74; Şer‘iyye Sicilleri Arşivi, Rumeli Kazaskerliği, nr. 584, vr. 24; Ahmed Rifat, Verdü’l-hadâik, İstanbul 1283, s. 48-52; Tayyarzâde Atâ, Târih, İstanbul 1292, II, 175-182; M. Destrilhes, Confidences sur la Turquie, Paris 1855, s. 83, 89, 97-124; Mehmed Selâhaddin, Bir Türk Diplomatının Evrâk-ı Siyâsiyyesi, İstanbul 1306, s. 312-314; É. A. Thouvenel, Nicolas Ier et Napoléon III, Paris 1891, s. 97-98, 141-146; Cevdet, Tezâkir, I, 13-17, 23, 27, 31-32, 35-39, 53-55; Âdile Sultan Dîvânı (haz.
Kürəkən Qoca Mustafa Paşa
Kürəkən Qoca Mustafa Paşa (ö. 1728) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Qapıçılar kəndxudası olaraq xidmət etmiş, ardından Kayseri sancaqbəyliyi ilə saraydan ayrılmışdır. 1715-ci ildə Hələb bəylərbəyi olmuş, ertəsi il şərq cəbhəsinə göndərilmişdir. 1717-ci ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirilmiş, 1719-cu ildə Trabzon valisi olmuş, 1722-ci ildə yenidən Hotin qalasına təyin edilmişdir. Bu vəzifədə ikən 18 avqust 1725-ci ildə Sultan Mustafanın qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq çox keçmədən 1728-ci ildə vəfat etmişdir. Sicill-i Osmani IV cild, səh.
Kürəkən kral (film, 1998)
Kürəkən kral (Rom: Dulhe Raja) — Qovinda, Raveena Tandon, Kader Xan, Conni Lever, Prem Çopra və Asraninin rol aldığı 1998-ci ildə hindi dilində çəkilmiş romantik komediya filmidir. Beşulduzlu mehmanxananın müvəffəqiyyətli sahibi Sinqhaniyanın kiçik bir restoran sahibi olan gənc Racanın simasında mehmanxana biznesində təhlükəli rəqibi mövcuddur. Onların gərgin münasibətləri açıq düşmənçiliyə çevrilə bilər. Sinqanianın qızı Kiran isə odun üstünə benzin tökür. O, Rahula aşiqdir, lakin atası onunla görüşməyi qadağan edir və sonra atasına baxmayaraq Raca ilə flört etməyə başlayır. Bunun üzərinə Kiran sevgilisi Rahul tərəfindən qaçırılır və fidyə tələb edir. Axı o, əslində varlı qızları və onların cehizlərini ovlayan adi bir qadınbazdır. Raca bu vəziyyətdən necə çıxacaq? Sadə bir treyderə xas olan yumor və zarafatlarla...
Kürəkən Əhməd Paşa
Kürəkən Əhməd Paşa (ö. 13 noyabr 1656) — Osmanlı sultanı Sultan İbrahim və IV Mehmedin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən abxaz olub, saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra öncə miraxur, ardından 1651-ci ilin noyabrında baş miraxur oldu. 1653-cü ildə vəzifədən alınsa da, çox keçmədən vəzir rütbəsi alaraq Sultan İbrahimin qızlarından Ümmügülsüm Sultanla nigahlandı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozcaadanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq qalanı qoruya bilmədiyi üçün gözdən düşmüş, paytaxta çağırılaraq 13 noyabr 1656-cı ildə edam edildi. Övladının olub-olmadığı bilinmir. Sicill-i Osmani I cild, səh.
Kürəkən Əli Paşa
Kürəkən Əli Paşa (ö. aprel 1744) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası II Mustafa və III Əhməd dönəmlərində xidmət etmiş Qoca Abdi Paşa (ö. 13 noyabr 1722) idi. Müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra 1734-cü ilin dekabrında Əyriboz qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1737-ci ildə Diyarbəkir, 1738-ci ildə Rumeli, 1740-cı ildə Şam bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 30 aprel 1740-cı ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. 1742-ci ildə yenidən Diyarbəkir bəylərbəyi təyin edildi və 1744-cü ilin aprelində vəfat etdi. Öncəki evliliyindən Abdi Paşa adlı oğlunun olduğu bilinir. Sicill-i Osmani I cild, səh.
Kürəkən Ələddin Paşa
Kürəkən Ələddin Paşa (ö. yanvar 1813) — Osmanlı sultanı III Səlim dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası I Əbdülhəmid dönəminin vəzirlərindən Seyid Əhməd Paşa idi. Atası Sultan Mustafanın qızlarından Xədicə Sultanla evli olsa da, Ələddin Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Saray xidmətinə alınaraq baş qapıçı, ardından 1801-ci ildə vəzir rütbəsilə Qaraman bəylərbəyi təyin edildi. 1802-ci ilin sentyabrında Sivas, 1803-cü ilin fevralında Ərzurum, həmin ilin sentyabrında Anadolu bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 3 fevral 1804-cü ildə Sultan Əbdülhəmidin qızlarından Hibətullah Sultanla nigahlandı. Nigahdan bir müdət sonra vəzifədən alınsa da, 1807-ci ilin iyununda yenidən Anadoluya təyin olundu. Sultan Mustafanın taxtdan devrilməsinin ardından 1809-cu ildə bütün vəzifələrindən azad edilib, xanımıyla birlikdə Üsküdardakı köşkünə çəkildi. 1813-cü ilin yanvarında burada vəfat etdi.
Kürəkən İbrahim Paşa külliyəsi
Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir. Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir. Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir. Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir.
Kürəkən İbrahim Paşa külliyəsi (I)
Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir. Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir. Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir. Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir.
Kürəkən İbrahim Paşa türbəsi
Kürəkən İbrahim Paşa türbəsi – İstanbulun Fateh rayonunda XVII əsrin əvvəllərinə aid türbə. Türbə 1603-cü ildə Dalğıc Əhməd ağa tərəfindən inşa edilmişdir. Səkkizbucaqlı və tək gümbəzli planla inşa olunan türbənin giriş cəbhəsi xaric, bütün cəbhələrində altlı-üstlü pəncərələri var. Türbədə 2 mərmər məzar sandığı yerləşir. Bunlardan kavuk papaqlı olanı Sultan Mehmed səltənəti sədrəzəmlərindən Bosniyalı İbrahim Paşaya, digəri isə paşanın gənc yaşda vəfat edən oğluna aiddir.
Kürəkeş (Vərziqan)
Kürəkeş (fars. كوراكش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (44 ailə).
Kürdkənd
Kürdkənd — Ermənistanın Zəngəzur mahalında yerləşən kənd.
Kürkənd
Kürkənd (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Kürkənd (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Kürkəndi — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kürkənd bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Küçəkənd
Küçəkənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Küçəkənd kəndinin qədim adı Köçəkənd olmuşdur. Toponim “köç” və “kənd” sözlərindən ibarət olub, “köç kəndi” mənasındadır. Bu yaşayış məntəqəsi keçmişdə köçəri maldarlıqla məşğul olmuş, beş evli, Kəbləsadıqlı, Məhərrəmli və Əsgərli ailələrinin məskunlaşması nəticəsində bu cür yaranmışdır.[mənbə göstərin] Küçəkənd kəndi Pirkən ərazi vahidini (sovetliyin) tərkibindədir. Rayon mərkəzindən 20 km şərqdə Şirvan düzündə və aranda yerləşir[mənbə göstərin]. Küçəkənd Ucar rayonunun Pirkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi "koc kəndi" kimi izah edirlər. Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş beşevli, kəbləsadıqlı, məhərrəmli və əsgərli nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır.
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır. Kənd düzənlikdə yerləşir. Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar. Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı. Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.. Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır. Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır.