QAZTƏMİZLƏMƏ

sənaye qazlarının tərkibindəki qatışıqların təmizlənməsi. Bu prosesdə məqsəd həmin qazlardan və onların tərkibindəki qatışıqlardan istifadə etmək, həmçinin havanı zərərli maddələrlə (tüstü, his, toz və s.) çirklənməkdən qorumaq üçün atm-ə gedən sənaye qazlardan təmizləməkdir. Qazı sənayedə mexaniki, elektrik və fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexaniki və elektrik Q. üsulları qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür.
QAZLAR
QEYZER

Digər lüğətlərdə