Qaztəmizləmə
sənaye qazlarının tərkibindəki qatışıqların təmizlənməsi. Qazı sənayedə mexaniki, elektrik və fiziki-kimyəvi üsularla təmizləyirlər. Mexaniki və elektrik Q. üsular qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür. Q. üsuları kimya, neft-kimya zavodlarında, İES- lərdə, metalurgiya sobalarında geniş tətbiq edilir.