QEYZER

(isl. Geysir-isti) müasir vulkanik sahələrdə dövri surətdə su və buxar püskürən isti bulaqdır. Bulağın çıxdığı yerdə isti sudan ayrılmış çöküntülərdən müxtəlif formalı yastı konuslar əmələ gəlir ki, onların zirvələrində olan dərinliklər isti su ilə dolur. Q.30-60 m hündürlüyə püskürür. Püskürmələr arasındakı vaxt 1 dəqiqədən bir neçə aya qədər çəkir. Q.-in fəaliyyəti 100-150 m dərinlikdə qrunt suyu ilə dolu hövzə olması ilə əlaqədardır. Hövzənin alt hissəsində bu su 126-1270 qızır. Altda, qızmış sudan buxar ayrılmağa başlayır və hövzənin üst hissəsində su qaynayır. Bu vaxt təzyiq nəticəsində buxar və suyun bir hissəsi püskürülür, sonra təzyiq zəifləşir; yenə qaynar su buxara çevrilir, püskürmə başlayır və hövzə qrunt suyu ilə dolur, yenidən püskürür və i.a. Rusiyada temperaturu 94,5-99,20 olan əzəmətli Q.-lər Kamçatkadadır. ABŞ-da (Yellouston milli parkınla), İslandiyada, Yeni Zellandiyanın Şimal adasında çoxlu Q.vardır. Azor adalarında və Tibetdə də tək-tək zəif Q.-lərə təsadüf olunur. İslandiyada və Yeni Zellandiyada Q.-lərdən istilik mənbəyi kimi geniş istifadə olunur: binalar qızdırılır, elektrik stansiyaları işləyir.
QAZTƏMİZLƏMƏ
QƏSƏBƏ
OBASTAN VİKİ
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qeyzerler

Digər lüğətlərdə