QAZI
QAZIQ-QAZIQ
OBASTAN VİKİ
Qazıqulu
Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qazıqumlaq
Qazıqumlaq — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 4350 nəfərdir. Şirvan əhalisinin dilində kəndin adı Qazqumlaq kimi səslənir. Yerli məlumata görə, bir qazı qumluq ərazidə yurd saldığı üçün, bu yer Qazıqumlağı adlandırılmışdır. Sonralar burada salınmış kəndə də Qazıqumlaq adı verilmişdir. Oykonimin əsli isə Qazıqumuqdur. Qazıqumuqlar Dağıstanın qədim yerli xalqlarından biri olub, "laklar" da adlanırlar. Oğuz rayonunun Yuxarı Filfili kəndində Qazıqumuqlu Surxay xanın XVIII əsrdə tikdirdiyi qala qalmaqdadır.
Qazıqumux
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Qazıqumux dairəsi
Qazıqumuq dairəsi (rus. Казикумухский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1922–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qumux kəndi idi. 1897-ci il siyahıyaalınmasına əsasən dairədə 45,4 min nəfər yaşayırdı. Bunlardan laklar – 83,8%; dargilər – 8,1%; avarlar – 5,4%; ləzgilər və tabasaranlılar – 2,1% təşkil edirdi. Qumuq kəndində 621 nəfər yaşayırdı.
Qazıqurdalı
Qazıqurdalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin adı Şərqi Zəngəzurda məskunlaşmış Qaramanlı türk mənşəli Qazıqurdalı tayfasının adı ilə bağlıdır. Qaramanlı türk mənşəli Alaçadırlı və Qazıqurdalı tayfaları indiki Laçın rayonunun Qazıdərə bölgəsində yaylaqlayır, qışda Aranda- Bərdədə yataq salırdılar. Qazıqurdalı camaatının Bərdədə qalan hissəsi öncə Bərdənin indiki Alaçadırlı kəndi ilə üzbəüz oba salıblar. Daha sonra həmin camaat indiki məntəqəyə köçüb. Kəndin əhalisii 100 % azərbaycanlılardan ibarətdir.İnqilabaqədərki sənədlərdə Qazı Qurdəli kimi qeyd edilir.Bu adda Laçın rayonunda bir icmaya daxil olan iki yaşayış məntəqəsi olmuşdur. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qarabağ bəylərindən Qazı və Qurdəli (Qurd Alı) adlı iki qardaşın adı ilə əlaqədardir Taleh Şahsuvarlı — yazıçı, jurnalist, QHT sədri.
Surxay xan Qazıqumuxlu
Surxay xan Qazıqumuxlu (1680, Qumuq – 1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı. Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi. Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: 1975.
Qazıqumuq dairəsi
Qazıqumuq dairəsi (rus. Казикумухский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1922–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qumux kəndi idi. 1897-ci il siyahıyaalınmasına əsasən dairədə 45,4 min nəfər yaşayırdı. Bunlardan laklar – 83,8%; dargilər – 8,1%; avarlar – 5,4%; ləzgilər və tabasaranlılar – 2,1% təşkil edirdi. Qumuq kəndində 621 nəfər yaşayırdı.
Qazıqumuq xanlığı
Qazıqumuq xanlığı (lak. Лакрал-Кану, Гъазигъумучиял ханлугъ) — XVI əsrin sonundan XVII əsrin əvvəllərində Dağıstan ərazisində mövcud olmuş feodal dövlət quruluşu. Qazıqumuq şamxallığının süqutundan sonra formalaşmışdır. 1789-cu ildən xanlıq rəsmi olaraq Kürə-Qazıqumuq xanlığı kimi tanınmağa başlamışdır. Xanlığın paytaxtı Qumuq kəndi idi. Xanlığın digər paytaxtı Xosrex olmuşdur, burada qumuq hökmdarlarının möhkəm iqamətgahı yerləşirdi. Ən böyük yaşayış məntəqələri Qumuq, Kuli və Xosrex kəndləri idi. XIX əsrdə əhalinin sayı 47–50 ilə 108 min nəfər arasında qiymətləndirilir. 1859-cu ildə ləğv edilən xanlığın ərazisi Qazıqumux dairəsi kimi Dağıstan vilayətinin tərkibinə daxil olmuşdur. К. М. Алиев.

Digər lüğətlərdə