Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazıqulu
Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. == Tarixi == === Tarixi abidələri === Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qazıqumlaq
Qazıqumlaq — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 4350 nəfərdir. == Toponimikası == Şirvan əhalisinin dilində kəndin adı Qazqumlaq kimi səslənir. Yerli məlumata görə, bir qazı qumluq ərazidə yurd saldığı üçün, bu yer Qazıqumlağı adlandırılmışdır. Sonralar burada salınmış kəndə də Qazıqumlaq adı verilmişdir. Oykonimin əsli isə Qazıqumuqdur. Qazıqumuqlar Dağıstanın qədim yerli xalqlarından biri olub, "laklar" da adlanırlar. Oğuz rayonunun Yuxarı Filfili kəndində Qazıqumuqlu Surxay xanın XVIII əsrdə tikdirdiyi qala qalmaqdadır.
Qazıqumux
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Qazıqumux dairəsi
Qazıqumuq dairəsi (rus. Казикумухский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1922–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qumux kəndi idi. 1897-ci il siyahıyaalınmasına əsasən dairədə 45,4 min nəfər yaşayırdı. Bunlardan laklar – 83,8%; dargilər – 8,1%; avarlar – 5,4%; ləzgilər və tabasaranlılar – 2,1% təşkil edirdi. Qumuq kəndində 621 nəfər yaşayırdı.
Qazıqurdalı
Qazıqurdalı — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin adı Şərqi Zəngəzurda məskunlaşmış Qaramanlı türk mənşəli Qazıqurdalı tayfasının adı ilə bağlıdır. Qaramanlı türk mənşəli Alaçadırlı və Qazıqurdalı tayfaları indiki Laçın rayonunun Qazıdərə bölgəsində yaylaqlayır, qışda Aranda- Bərdədə yataq salırdılar. Qazıqurdalı camaatının Bərdədə qalan hissəsi öncə Bərdənin indiki Alaçadırlı kəndi ilə üzbəüz oba salıblar. Daha sonra həmin camaat indiki məntəqəyə köçüb. == Əhalisi == Kəndin əhalisii 100 % azərbaycanlılardan ibarətdir.İnqilabaqədərki sənədlərdə Qazı Qurdəli kimi qeyd edilir.Bu adda Laçın rayonunda bir icmaya daxil olan iki yaşayış məntəqəsi olmuşdur. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qarabağ bəylərindən Qazı və Qurdəli (Qurd Alı) adlı iki qardaşın adı ilə əlaqədardir === Tanınmışları === Taleh Şahsuvarlı — yazıçı, jurnalist, QHT sədri.
Surxay xan Qazıqumuxlu
Surxay xan Qazıqumuxlu (1680, Qumuq – 1748, Qumuq) — XVIII əsrdə yaşamış Dağıstan feodalı. Surxay xan əhalinin şah üsul-idarəsinə qarşı narazılığından istifadə edib Dağıstanın cənubunda və Şirvanda hakimiyyəti ələ keçirməyə çalşırdı. Müşkürlü Hacı Davud və bir sıra feodallarla ittifaq yaradan Surxay xan Qazıqumuxlu 1721-1728-ci illərdə bir neçə dəfə Bakı, Gəncə, Quba və Niyazabada müvəffəqiyyətsiz hücumlar etdi. 1721-ci ildə Şamaxı Surxay xan Qazıqumuxlu və müttəfiqləri tərəfindən qarət olundu. 1734-cü ildə Nadir şahla döyüşdə məğlubiyyətə uğrayan Surxay xan Qazıqumuxlu Dağıstana çəkildi. == İstinadlar == == Mənbə == Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку: 1975.
Qazıqumuq dairəsi
Qazıqumuq dairəsi (rus. Казикумухский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1922–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qumux kəndi idi. 1897-ci il siyahıyaalınmasına əsasən dairədə 45,4 min nəfər yaşayırdı. Bunlardan laklar – 83,8%; dargilər – 8,1%; avarlar – 5,4%; ləzgilər və tabasaranlılar – 2,1% təşkil edirdi. Qumuq kəndində 621 nəfər yaşayırdı.
Qazıqumuq xanlığı
Qazıqumuq xanlığı (lak. Лакрал-Кану, Гъазигъумучиял ханлугъ) — XVI əsrin sonundan XVII əsrin əvvəllərində Dağıstan ərazisində mövcud olmuş feodal dövlət quruluşu. Qazıqumuq şamxallığının süqutundan sonra formalaşmışdır. 1789-cu ildən xanlıq rəsmi olaraq Kürə-Qazıqumuq xanlığı kimi tanınmağa başlamışdır. Xanlığın paytaxtı Qumuq kəndi idi. Xanlığın digər paytaxtı Xosrex olmuşdur, burada qumuq hökmdarlarının möhkəm iqamətgahı yerləşirdi. Ən böyük yaşayış məntəqələri Qumuq, Kuli və Xosrex kəndləri idi. XIX əsrdə əhalinin sayı 47–50 ilə 108 min nəfər arasında qiymətləndirilir. 1859-cu ildə ləğv edilən xanlığın ərazisi Qazıqumux dairəsi kimi Dağıstan vilayətinin tərkibinə daxil olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == К. М. Алиев.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Qatıq Qafqazda çох qədim zamanlardan hazırlanan turşudulmuş süd məhsuludur. Baktеrial mayadan və tехnоlоli prоsеslərdən asılı оlaraq qatığın Adi, Mеçnikоv, Cənub, Asidоfil, Ryalеnka, Varеnеs və s çеşidi istеhsal еdilir. Azərbaycanda əsasən qоyun, inək və camış südündən qatıq hazırlanır. Adi qatıq istеhsalında süd turşusuna qıcqırdan mеzоfil strеptоkоkk baktеriyalardan hazırlanmış mayadan istifadə оlunur. Mayalanma 36-38°Cdə 6 saatadək başa çatır. Adi qatığın yağlılığı 3,2%, turşuluğu 11-12° Tdir.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. == Yeməklərin servisində istifadə olunması == Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Qızıq
Qızıq/Kızık/Qırıq boyu — Oğuz xan dastanına əsasən adını Oğuz xanın nəvəsi Ulduz xanın oğlu Qızıqdan almış, Oğuz türklərinin 24 boyundan biri. === Türkiyədə === Kızık (Gümüşhacıköy) — Türkiyənin Amasya ili, Gümüşhacıköy ilçəsində kənd. Kızık (Sandıklı) — Türkiyənin Afyonkarahisar ili, Sandıklı ilçəsində kənd. Kızık (Kızılcahamam) — Türkiyənin Ankara ili, Kızılcahamam ilçəsində kənd. Kızık (Manyas) — Türkiyənin Balıkəsir ili, Manyas ilçəsində kənd. Kızık (Develi) — Türkiyənin Kayseri ili, Develi ilçəsində kənd. Kızık (Andırın) — Türkiyənin Qəhrəmanmaraş ili, Andırın ilçəsində kənd. Kızık (Karaman) — Türkiyənin Karaman ili, Mərkəz ilçəsində kənd. Kızık (Ovacık) — Türkiyənin Tunceli ili, Ovacık ilçəsində kənd. Kızık (Zara) — Türkiyənin Sivas ili, Zara ilçəsində kənd.
Qacıq
Qacıq — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1911-ci ildən eyni addadır.
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Kələk (qayıq)
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Maraqlı fakt == 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bugünkü enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Qaraağac (Qızıq)
Qaraağac (gür.: g.ə. ყარაღაჯი, l.ə. karağaci) — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti diyarının Sığnaq bələdiyyəsində kənd.
Qasıq dağcığı
Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür.
Qasıq kurqanı
İnsan vücudunda və əsasən məməlilərdə qasıq kurqanı, yuvarlaq şəkildə olan bir yağ kütləsidir və qasıq sümüklərinin qasıq simptomunun üzərində olan yağ mübadiləsidir. Qadınlar üçün qasıq kurqanı, vulvanın ön hissəsini formalaşdırır. Böyük dodaqlar, klitor, üretra, vaginal bucaq və vulval vestibülün digər ətraflarını əhatə edən, pudental yarıq kimi tanınan şırımın hər iki tərəfində, kiçik dodaqlara (sözün əsl mənasında “böyük dodaqlar”) ayrılır. == Qadın qasıq kurqanı == Yetkinlik yaşına çatmayan qızlarda qasıq tükləri yoxdur. Yetkinlik dövrünün başlanmasından sonra (12-14 yaşa qədər), qasıq əsasən təxminən böyük dodaqlara gedə bilən qasıq tükü ilə örtülü olur . Qasıq tez-tez Veneranın tüberküli (Latınca: Mons veneris ) adlanır. Bu sahədə sinir sonları vardır və toxunma və ya azacıq təzyiq, yaxud qıcıqlanma cinsi oyanışa səbəb ola bilər. Yetkin qadınlarda, çanaq üfüqi bir üst sərhədi olan tüklə örtülmüşdür - buna qadın tipli tük örtüyü deyilir. Yaşlı qadınlarda, menstruasiya dayandıqdan sonra, qasıq tüklənməsi azalır. Göstərilən qasıq tüklənməsi yumurtalıqların işləməsi ilə əlaqələndirilir.
Qasıq sümüyü
Qatıq muzeyi
Qatıq muzeyi (bolq. Музей на киселото мляко) – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey. Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir. == Haqqında == Muzey 29 iyun 2007-ci ildə açılıb. Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var. Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir. Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər. Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur. Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var. Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.
Qızıq boyu
Qızıq boyu — Oğuz xan dastanına əsasən Oğuzların Boz oxlar qolundan, Ulduz xan soyundan gəlir. Ancaq bu boyu Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində məlumat verdiyi 22 bölük Oğuzlar içində göstərməmişdir. Bu boyun adı Oğuz türklərinin tarixən məskunlaşdıqları ərazilərdə yaratdıqları toponimlərdə Qızıq, Kızık, Qırıq, Qırıx kimi formalarda öz əksini tapmışdır.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmçinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
İrçi Qazaq
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. == Həyatı == Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
Kömür qazı
== Giriş == Kömür qazı kömürün qızdırılması və ya pirolizi nəticəsində əldə edilən qaz qarışığıdır. Bu qaz tarixi olaraq şəhərlərin işıqlandırılması və istilik təmin etmək üçün istifadə edilirdi. Kömür qazı, hidrogen, metan, karbonmonoksid, karbondioksid və azot kimi müxtəlif qazlardan ibarətdir. Zəhərli olması səbəbindən təhlükəli bir maddədir və onun istifadəsi zamanla təbii qaz və elektrik enerjisi ilə əvəz olunmuşdur. == Tarixçə == === İstifadə tarixi === Kömür qazı ilk dəfə 18-ci əsrin sonlarında Böyük Britaniyada istehsal edilmişdir. William Murdoch, kömür qazını işıqlandırma məqsədi ilə istifadə edən ilk şəxslərdən biri olmuşdur. 19-cu əsrdə kömür qazı Avropada və Şimali Amerikada geniş yayılmışdır. === İstehsal prosesləri === Kömür qazı istehsalı kömürün havasız şəraitdə yüksək temperaturda qızdırılması ilə əldə edilir. Bu prosesdə kömür piroliz olunur və müxtəlif qazlar, qatran və kok kömürü əmələ gəlir. == Kimyəvi Tərkibi və Xüsusiyyətləri == Kömür qazı müxtəlif kimyəvi maddələrdən ibarətdir.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. == Tarixi == At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Qazı-Məhəmməd
Hacıqabul (əvvəlki adı Qazı–məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Hacıqabul şəhər inzibati ərazi dairəsində şəhər, Hacıqabul rayonunun inzibati mərkəzi. == Tarixi == XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. == Coğrafiyası və iqlimi == Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. == Əhalisi == == Dəmiryol == Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Qazı Məhəmməd
Qazı Məhəmməd (1900 ya da 1901 – 30 mart 1947) — kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri, Məhabad Cümhuriyyətinin ilk və yeganə prezidenti. == Həyatı == Qazı Məhəmməd 1900 ya da 1901-ci ildə Məhabad şəhərində doğulub. Onun nəsli şəhərdə tanınmış olub. Məhəmmədin babası Feyzulla bəy 1918-ci ildə alman-türk ordularının qarşısını almaq üçün qurulmuş könüllülərə rəhbərlik edirdi. Belə bir vətənpərvər ruhlu ailə Məhəmmədin gələcək həyatına təsir etməyə bilməzdi. Qazı Məhəmməd çox yaxşı təhsil almış , islam dinini mükəmməl öyrənmiş, kürd və fars dilləri ilə yanaşı ərəb, türk , ingilis və rus dillərini bilmişdir. 1941-ci ildə sovet-ingilis ordusu Iranın şimalını işğal edəndə Məhabad bölgəsi iran ordusu müttəfiq ordusu arasında neytral zonaya çevrilmişdi. Bu zaman Qazi Məhəmməd Məhabadın dini rəhbəri və şəhər valisi idi. Bu nüfuzundan istifadə edən Məhəmməd faktiki olaraq bütün bölgəni idarə edirdi. İkinci Dünya Müharibəsi illərində mərkəzi hökumət artıq ölkənin şimalına hakim deyildi.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Qazi
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Qazan (Qab-qaşıq)
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. == Növləri == Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qasım xan (Qazax xanı)
Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521). == Həyatı == Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi. Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.