Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır.
== Əsərləri ==
Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır.
Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır.
Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.