Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır.
Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir.
Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.