qulağından pambıq çıxartmaq

to arouse oneself / to bestir oneself воспрянуть ото сна
qulağında sırğa olsun (yadında qalsın)
qulağından tutub dartmaq
OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Pambıq
Pambıq — pambıq kolundan ( Gossypium ) yığılan liflər toplumu. Becərilməsinə ilk dəfə Hindistanda başlanılmışdır. Hindlilər pambıqdan möhkəm, eyni zamanda elə nazik parça toxuyurdular ki, ondan tikilmiş don balaca üzükdən keçirilə bilirdi. Yetişərkən koldakı qutucuq açılır. Onun içindəki liflər əl və ya xüsusi maşınlarla yığılaraq pambıq məntəqələrinə toplanır və oradan pambıq zavodlarına daşınaraq liflər toxumlardan ayrılır. Uzun liflər: 20–25 mm ayrılaraq parça toxunmasına istifadə edilir. Kiçik liflər isə tibb üçün və partlayıcı maddələrin hazırlanmasında istifadə edilir. Узбекский центр сертификации хлопкового волокна «SIFAT» Arxivləşdirilib 2019-10-18 at the Wayback Machine Русское Хлопковое Сообщество Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine Виды хлопка и материала из него Хлопковая одиссея — статья из № 25/1999 газеты «География» издательского дома «Первое сентября». Мировой рынок хлопка — обзор состояния и перспектив мирового рынка хлопка.
Pambıq (bitki)
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Pambıq kolu
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Pambıq mənənələri
Pambıq mənənələri — əsl mənənələr fəsiləsindən cücülər. Pambığa ən çox zərər vuran bostan və ya pambıq mənənəsidir (Aphis gossypii). Qanadsız dişilərin bədəni yumurtavarı olub uzunluğu 1,25–2,1 mm, rəngi sarı, yaxud yaşıl və şirə borucuqları qaradır. Polifaqdır. Təpə tumurcuğunun və yarpağın şirəsini sorur. Erkən yazda partenogenez yolla çoxalır. Bir mövsümdə 20-dək nəsil verir. Dişi fərdlər 20–60-dək sürfə qoyur. Pambığa, həmçinin yonca, yaxud akasiya mənənəsi (Aphis laburni), böyük pambıq mənənəsi (Acyrthosiphon gossypii) də zərər verir. Pambıq mənənələrinə qarşı profilaktik, bioloji və kimyəvi mübarizə aparılır.
Pambıq sovkası
Pambıq yağı
Pambıq yağı — pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağ. Çox işlədilən bitki yağlarındandır. Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Onda alifatik turşulardan 40–48% linol, 30–35% olein, 20–22% palmitin, 2%-ə qədər stearin, 1,3% araxin, 0,3–0,4% miristin turşusu olur. Əlif isteh-salında, təmizlənmişi isə xörəkdə, konserv, marqarin, bəzi yağ çeşidləri və s. hazırlanmasında işlədilir. Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.
Pambıq (dəqiqləşdirmə)
Pambıq
Pambıq istiqrazlar
Pambıq istiqrazlar — Amerika Vətəndaş Müharibəsi zamanı Amerika Konfederativ Ştatları hökuməti tərəfindən verilmiş 7 faizlik kupon və 20 illik ödəmə müddəti olan sertifikatlar. AKŞ-nın rəsmi valyutası olan konfederasiya dollarına beynəlxalq bazarlarda böyük tələbat yox idi, dünyanın siyasi xəritəsində hələ özünü təsdiq etməmiş bir ölkənin pulunu tanımaq kifayət qədər riskli idi. Hərbi xərclər böyük xərclərə səbəb oldu, onların amortizasiyasına səbəb olan intensiv pul emissiyasına başlamaq lazım idi. Konfederasiya dövlətlərindən demək olar ki, bütün qızıl hərbi alışların ödənilməsi üçün Avropaya ixrac edildi və cənub əyalətlərinin regional hakimiyyətləri müstəqil olaraq öz əlavə valyutalarını buraxdılar ki, bu da yalnız inflyasiyanı sürətləndirdi. Fransadakı Konfederasiya hökumətinin əmri ilə “Emile Erlanger & Co” şirkəti Konfederasiyaların əsas məhsulu olan pambıqla təmin edilmiş “pambıq istiqrazları” adlanan kağızları çap edib dövriyyəyə buraxdı. İstiqrazlar pambığa müharibədən əvvəl bir funt sterlinq qiyməti ilə dəyişdirilirdi və əvvəlcə Amsterdam və London birjalarında tələbat var idi. Konfederasiya ordusunun bir sıra məğlubiyyətlərinə baxmayaraq, istiqrazlar uzun müddət yüksək tempi saxladı: müharibə dövründə pambığa artan iqtisadi tələbat onun bahalaşmasına səbəb oldu. Konfederasiya qoşunları döyüşlərdə məğlub oldular, lakin pambıq bahalaşdı, istiqrazlar da bahalaşdı: 1863-cü ilin dekabrından 1864-cü ilin sentyabrına qədər onların qiyməti iki dəfə artdı. Hətta Britaniyanın siyasi elitası da daim yüksələn istiqrazları almaq istəyinə müqavimət göstərə bilmədi; alıcılar arasında gələcək baş nazir Uilyam Qladstoun və Britaniyanın TIMES qəzetinin baş redaktoru Con Delan da var idi. Konfederasiya hökuməti Avropanın böyük maliyyəçiləri olan Rotşildlərə pambıq istiqrazları almağa başlayacaqları ümidi ilə yaxınlaşdı, lakin Rotşildlər pullarını onlara yatırmadılar.
Adi pambıq kolu
Adi pambıq kolu (lat. Gossypium hirsutum) - pambıq kolu cinsinə aid bitki növü. Cotton Botany at Cotton Inc.
Dəmyə Pambıq (1953)
Pambıq (film, 1933)
Təbliğat filmi Azərbaycanın kolxozlarında pambığın yeni aqrotexniki qaydalarla becərilməsinə həsr olunmuşdur. Film saxlanılmayıb.
Pambıq (film, 1938)
Film Azərbaycan pambıqçılıq təsərrüfatının inkişafından və qabaqcıl pambıq ustalarından bəhs edir. Film saxlanılmayıb.
Antisosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. 1886-cı ildə yaranmışdır.
Azərbaycan SSR pambıq ustası
Azərbaycan SSR pambıq ustası (azərb-kiril. Азәрбајҹан ССР памбыг устасы) — Azərbaycan SSR-də pambıq sənayesi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. "Azərbaycan SSR pambıq ustası" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin (Azərbaycan SSR Baş Soveti Prezidiumunun) 23 may 1940-cı il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri adla Azərbaycan SSR-in pambıqçılıq sənayesində ən yeni aqrotexnikanı tətbiq edən, pambıq yığmaq işində xüsusilə fərqlənən kolxozçular, sovxoz fəhlələri, kənd təsərrüfatı mütəxəssisləri, elmi-tədqiqat pambıqçılıq və təcrübə idarələrinin işçiləri, eləcə də yüzsentnerçilər yarışında iştirak edənlər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdu.
Dəmyə pambıq (film, 1953)
Pambıq ağacı (Syerra-Leone)
Pambıq ağacı — Syerra-Leonenin paytaxtı Fritaunun tarixi simvolu olan ağac. Ceiba pentandra növünə məxsusdur. Əfsanəyə görə ağac 1792-ci ildə ABŞ İstiqlal müharibəsi zamanı Britaniya üçün döyüşüb müstəqillik qazanan və indiki Fritaun şəhərinin əsasını qoyan keçmiş Afrika amerikalı qullar üçün böyük əhəmiyyətə malik olmuşdur. "Yeni şotlandlar" və ya "Navatiyalılar" adlandırılan bu Qara sədaqətlilər 11 mart 1792-ci ildə Fritaun şəhərinin əsasını qoymuşdurlar. Əfsanəyə görə sahildə enmiş və körfəzin yuxarısında yerləşən nəhəng ağaca doğru getmişlər. Ağacın ətrafında yığışmış, dua edərək və himn oxuyaraq tanrıya minnətdarlıqlarını bildirmişlər. Ağacın tam yaşı bilinmir, lakin 1787-ci ildə mövcud olduğu məlumdur. Müsair dövrdə Pambıq ağacı Fritaun şəhərinin qədim hissəsində, Ali Məhkəmə binasının, musiqi klubunun və Milli Muzeyin yaxınlığında yerləşir. Syerra-Leonelilər bu ağacı Fritaun şəhərinin simvolu hesab edirlər.
Pambıq toxumçuluğu (film, 1980)
Filmdə məhsuldar, uzun lifli pambıq toxumu yetişdirməkdə aqrotexnikanın yeni üsullarının tətbiqindən və səmərəsindən bəhs olunur. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. 1886-cı ildə yaranmışdır.
Neft və Pambıq Magistralı (1980)
Neft və Pambıq Respublikasında (1940)
Filmdə Azərbaycanın "ağ qızıl" və "qara qızıl" sərvətlərindən, bu sahədə qazanılan nailiyyətlərdən, əmək qabaqcıllarından söhbət açılır. Film saxlanılmayıb. Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Vladimir Zbudski, İvan Manakov, Leonid Koretski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 67.
Pambıq tarlalarının mexanizatorları (film, 1960)
Film Azərbaycanın pambıq tarlalarında əsl əmək qəhrəmanlığı göstərən qabaqcıl mexanizatorlardan söhbət açır. Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Əlibala Ələkbərov Musiqi tərtibatı: Şamil Kərimov Səs operatoru: Sabir İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Neft və pambıq magistralı (film, 1980)
Neft və pambıq respublikasında (film, 1940)
Filmdə Azərbaycanın "ağ qızıl" və "qara qızıl" sərvətlərindən, bu sahədə qazanılan nailiyyətlərdən, əmək qabaqcıllarından söhbət açılır. Film saxlanılmayıb. Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Vladimir Zbudski, İvan Manakov, Leonid Koretski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 67.