QURDAĞZI

Dan üzü ifadəsinin sinonimidir. Həmin vaxt hamı, hətta itlər də şirin yuxuya gedir və qurd ova başlayır, ağzına yem gəlir. Söz də bununla bağlı yaranıb. Mollalar heyvanı qurddan qorumaq üçün dua oxuyur, qurdağzı bağla­yır­lar. Xalq etimologiyasında sözün mənası “canavarın ağzını bağlamaq” kimi şərh olunur. Dilini-ağzını bağlamaq ifadəsi də var və ikinci yozuma haqq qazandırmaq üçün dəlil ola bilər. Türk dillərinin bəzilərində qurdağzı sözü “dan üzü” kimi başa düşülür. Qurt sözü “içmək” (yemək...) mənasını əks etdirən feil olub (bir qurtum su...), “canavarın yem (ov) vaxtı” (bu ən çox danüzü baş verir) de­məkdir; qurdağzı bağlamaq “canavarın danüzü olan fəaliyyətini dayandırmaq” kimi anlaşıla bilər. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QURD-QUŞ
QURDALAMAQ
OBASTAN VİKİ
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.

Digər lüğətlərdə

перема́хиваться ре́тро-мо́да буквое́дка легкомы́слие лупи́ть нерегули́руемость перебазиро́вка переи́грывать потака́тельница разоблачи́тель трезу́бец трут евангелие келеп ширинка bile-stained cithern entreat jockstrap knocker-up mastodon Nineveh зарождать испещрять перетирать