QURDAĞZI

I
(Şəki)
otaq gülü adı
II
(Bərdə, Xaçmaz, Qazax, Quba, Tovuz)
qaramalda xəstəlik adı. – Canavar camışı tişdiyəndə qurdağzı azarı tüşür, heyvan da tez ölür (Bərdə)
III
(Cəlilabad)
yarımboğaz, xəzli ayaqqabı
QURÇ
QURDAXÇI
OBASTAN VİKİ
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.

Digər lüğətlərdə

европеи́ст непоколеби́мый проеци́ровать разво́дчица рейди́рование стро́фика хо́рный засти́гнуть ничу́ть по́длинь углубля́ться Chinese chop in day-to-day disinterestedly exarchate golden eagle hesternal isolated kerseynette ophthalmia taliped ten-strike заголить качать