QƏDD
QƏDD-QAMƏTLİ
OBASTAN VİKİ
Qamət (Urmiya)
Qamət (fars. قامت‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (20 ailə).
Qamət Qurbanov
Qamət Şəmşir oğlu Qurbanov (25 iyul 2001; Keşdiməz, Ağsu rayonu — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

взмока́ть гидроресу́рсы губа́стый изы́сканность наму́чить ока́пываться похрапе́ть шустова́ться кристаллизацио́нный лафи́т проплета́ться токосъёмник мелево beat down blowhole bunce cranking Gentoo landswell streamless грибной демобилизованный затупить лакомка полнокровие