QƏRƏNFİL

is. Rəngbərəng növləri olan ətirli gözəl bir çiçək. Qərənfil bağçanın yaraşığıdır.
– Səni kimdir sevən bica, qərənfil! Sənə mən aşiqi-şeyda, qərənfil! X.Natəvan.
[Xədicə] əlində tutduğu bir qərənfil çiçəyini mənə tərəf atdı. S.Hüseyn.

Этимология

  • QƏRƏNFİL Yunan mənşəlidir, gül adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏRBLİ
QƏRƏNFİLÇİÇƏKLİLƏR
OBASTAN VİKİ
Qərənfil
Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. == Botaniki təsviri == Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur. == Növləri == Amur qərənfili (Dianthus amurensis Jacq.) Çin qərənfili (Dianthus chinensis L.) Şərq qərənfili (Dianthus orientalis Adam) Parlaq qərənfil (Dianthus superbus L.) == Azərbaycanda yayılması == Azərbaycanda 26 növü mövcuddur.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Parlaq qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Qıyığvari qərənfil
Qıyığvari qərənfil (lat. Dianthus subulosus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. == Təbii yayılması == Böyük Qafqazın Quba, şərq və qərb hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, mərkəzi hissələri və Kür düzündə yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Gövdə 11-47 sm hündürlükdədir. Yarpaqlar xətvari, 2-3 mm enində, oturaq, 8-20 mm uzunluğunda olan qına bitişib. Çiçəkqrupu başcıqlı, ağ-dərivari üst yarpaqlarla örtülmüşdür, bu yarpaqlar tərs-yumurtavari, uzunsov və ya ellipsivaridir, birdən-birə bizvari qurtaracağa keçirlər. Kasacıq silindrvari, lansetvari iti dişciklidir. Qutucuq silindrvari, kasacıqdan qısadır. Toxumlar yumurtavari, yastı, nöqtəli-təpəciklidir.
Qərənfil Quliyeva
Qərənfil Quliyeva (d. 13.09.1964 , Bum, Qəbələ rayonu) — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir. == Həyatı == 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm. 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir.
Qərənfil Xəlilova
Qərənfil Xəlilova (1957, Bakı) — redaktor. == Həyatı == Qərənfil Əli qızı Xəlilova 1957-ci ildə Bakıda anadan olub. 1975-ci ildə 70 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1981-ci ildə ali təhsilini Fərqlənmə Diplomu ilə başa vurub. 1981-ci ildən 2005-ci ilədək Azərbaycan Dövlət Teleradio şirkətində maaşlı komsomol katibi, Radionun "Məktəb" redaksiyasında kiçik redaktor, redaktor, Televiziyanın "Xəbərlər" redaksiyasında müxbir, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb. Bir sıra informativ, analitik, bədii-publisistik verilişlərin, sənədli filmlərin müəllifi və aparıcısı kimi tanınıb. Q. Xəlilova 2005-ci ildən 2013-cü ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində Müəllif Proqramları şöbəsinin rəisi, Ədəbi-dram, Musiqi departamentlərində departament direktorunun müavini, "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. "Haqqım var ki, öyunum…" silsiləsindən 20-yədək tarixi filmin ("Fətəli xan Xoyski", "İsmayıl bəy Qaspralı", "Həsən bəy Zərdabi", "Xəlil bəy Xasməmmədov", "Əli bəy Hüseynzadə", "Əlimərdan bəy Topçubaşov", "Nəriman Nərimanov", "Ziyadxanov qardaşları", "Nuru paşa", 3 hissəli "İstiqlal yolları" və s.), bir sıra bədii, sənədli və verilişlərin ("Əsrlərdən gələn səslər", "Əllərin möcüzəsi","Həqiqət işığı", "Krım tatarları", "VİP", "Telelinza" və s.), 3 kinossenarinin ("Yanlış da bir naxışdır", "İstədiyin yar…","Ruhların harayı"), 5 mahnı klipinin (Xan Şuşinskinin "Qarabağ şikəstəsi", Fatma Mehrəliyevanın "Kəsmə şikəstə", Aşıq Zülfiyyənin "Dağlar", Aşıq Avdının "Layla de, layla…." və Aşıq Kamandarın "Əsli və Kərəm" dastanından oxuduğu mahnılar) müəllifidir. Qərənfil Xəlilovanın " Haqqım va ki, öyünüm… " silsilısindən "İsmayıl bəy Qaspralı" və "Ruhların harayı" filmləri beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. Q. Xəlilovanın yaradıcılıq fəaliyyəti Respublika Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi", Mətbuat Şurasının "Həsən bəy Zərdabi", Azadlıq Hərəkatçıları Təşkilatının, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının, KİV müstəqil həmkarlar təşkilatının, Bakı şəhər mədəniyyət şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, "Cavad xan" fondunun və digər təşkilatların mükafatlarına layiq görülüb.
Qərənfil inqilabı
Qərənfil İnqilabı (port. Revolução dos Cravos) — Portuqaliyada 25 aprel 1974 günü şiddət istifadə edilmədən həyata keçirilən hərbi çevrilişdir. Portuqaliyanın avtoritar bir diktatorluqdan demokratiyaya keçişini təmin edəcək iki illik bir dəyişmə dövrünün başlanğıcı olmuşdur. == İnqilab əvvəli şərtlər == 1930-cu ildən bəri "Estado Novo" (azərb. Yeni Dövlət‎) adlı avtoritar rejimin varlığını davam etdirdiyi Portuqaliya, 1950-ci illərdən etibarən müstəmləkə torpaqlarında ciddi çətinliklərlə qarşılaşdı. 1953-cü ildə Hindistan sahillərindəki Portuqaliya müstəmləkələri olan Goa, Daman və Diunun statuslarının təyin olunması üçün Hindistanın etdiyi görüş tələbi rədd edildi. 17 dekabr 1961-ci ildə Hindistan hərbçiləri bu üç torpağı da Portuqaliyanın əlindən aldılar. Bundan sonra isə 1960-cı illərdə Afrikadakı Portuqaliya müstəmləkələrində də vəziyyət dəyişməyə başladı. 1961-ci ildə Anqolada başlayan qarışıqlıqlar 1963-cü ildə Qvineya-Bisauya, ertəsi il də Mozambikə yayıldı. 1965-ci ilin fevralında müxalifət lideri Humberto Delqadonun öldürülməsinin yaratdığı gərgin bir siyasi mühitdə keçirilən 25 iyul 1965-ci il prezident seçkiləri, rejimin namizədi admiral Ameriko Tomasın yenidən prezident seçilməsiylə nəticələndi.
Əzələ qərənfil
Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
İyli qərənfil
İyli qərənfil (lat. Dianthus fragrans) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (6) 20-35 (43) sm, gövdəsi kökümsovundan çoxsaylıdır, düz və ya buğumlu az əyilib qalxan, aşağı hissədə kələ-kötür və ya çılpaq, nadir halda budaqlanan çoxillik yaşıl ot bitkisidir. Yarpaqları qısadır, gövdə yarpaqları buğumarasından qısadır, dar xətvaridir, eni 1,5 mm-dir, sivriləşmişdir, kənarları kələ-kötürdür. Çiçəkləri gövdə və budaqların uc hissəsində adətən təkdir. Çiçəkaltlığı pulcuqları (2) 3-4 cütdür, qalın dərili, ağımtıl, uzunsovəksinəyumurtaşəkilli və ya uzanmış-elliptikdir, yuxarıya doğru daralmış və ya küt qısa və ya daha uzun sivri ucludur. Ləçəklərin ayası ağ bəzən çəhrayıtəhər, uzunluğu 8-12 mm, enli əksinəyumurtaşəkillidir, bayır kənarı saçaqlı olub, ayanın uzunluğunun 1/3 hissəsinə çatan xətvari dişlidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal (Hacıkənd.) yuxarı meşə qurşağından subalp qurşağına qədər. == Yaşayış mühiti == Quru gilli yamaclarda və qayalarda, otlu yamaclarda, subalp düzənliyində rast gəlinir.
"Qərənfil"-uşaq bağçası (film, 1990)
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Güllələnmiş qərənfillər (film, 2012)
Madonna qərənfillə
Madonna qərənfillə (it. Madonna dei Garofani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi tablo. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna qərənfillə" əsəri hal-hazırda Böyük Britaniyada, London milli qalereyasında saxlanılır. == Əsərin təsviri == Miniatür rəsm əsərində müqəddəs Məryəm və körpə İsa təsvir edilib. Kompozisiya etibarilə əsər Leonardo Da Vinçinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur. Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Qərənfilkimilər
Qərənfilkimilər (lat. Caryophyllaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Qərənfilçiçəklilər
Qərənfilçiçəklilər (lat. Caryophyllales) — bitkilər aləminə aid bitki dəstəsi. Bu sıraya aid nümayəndələrin böyük əksəriyyəti quraqlıq iqlim şəraitinə uyğunlaşmışdır. Qərənfilçiçəklilərə qarabaşaq, ravənd, çuğundur, ispanaq, turşəng kimi yeməli bitkilər daxildir. Nümayəndələri arasında amarantın bir çox növü, qərənfil kimi dekorativ bağ bitkiləri, eləcə də kaktuskimilərin nümayəndələri astrofitum, himnokalisium, mammilyari kimi otaq bitkiləri də var. == Fəsilələri == Achatocarpaceae Heimerl — Axatokarpkimilər Aizoaceae Martinov — Ayzonkimilər Amaranthaceae Juss. — Amarantkimilər Anacampserotaceae Eggli & Nyffeler Ancistrocladaceae Planch. ex Walp. Asteropeiaceae Takht. ex Şablon:Reveal & Hoogland Barbeuiaceae Nakai Basellaceae Raf.
Ruprext qərənfili
Ruprext qərənfili (Elmi adı - Dianthus ruprechtii Schischk. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik su bitkisidir. Gövdələri düz, 20—35 (50) sm hündürlükdədir. Yarpaqları qalxan, oturan, xətvari, 1,5-2 mm enində, bizvari—sivriləşmiş, tünd – uclu, kənardan nahamar, əsasında 6-8 mm uzunluqda qınla bitmişdir. Çiçəkləri oturaq gövdənin yuxarı hissəsində sıx yığılmış haldadır. Kasacıq 15—17 mm uzunluqda, silindrik şəkildə, tünd-qara, bənövşəyi rəngdədir. Yumurtavari,lansetli, iti dişlidir. Yarpaq ayası tünd, tərs – yumurtavari, 4-5 mm uzunluğunda, kənarları dişlidir.
Çin qərənfili
Çin qərənfili (lat. Dianthus chinensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Şamaxı qərənfili
Dianthus schemachensis Schischk. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii, iv, v) c (iii, iv) + 2ab(ii) c (ii, iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik , tünd –göy rəngli ot bitkisidir. Gövdələri dəstə şəklində kökümsovdan qalxır, (9)12—20(25) sm uzunluğunda, düz yaxud qalxanvari şəkildə olurlar. Yarpaqlar oturaq, əsasında ensiz-xətli, 1–2 mm enində, sivrilmiş, qıraqlardan nahamardır. Çİçəkləri tək-tək yerləşir. Kasacıq 26—30(23) mm uzunluqda, qabıqlı, silindrik, ağımtıl, çox vaxt al-qırmızı rənglidir. Yarpaqların ayası 6–8 mm uzunluğunda, tərs – yumurtavari, üstdən ağımtıl, alt tərəfdən çəhrayıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir.
Şərq qərənfili
Şərq qərənfili (lat. Dianthus orientalis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Əkin qərənfili
Əkin qərənfili (lat. Agrostemma) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях