RƏY

Quran və hədislərdə öz əksini tapmamış fiqhi məsələlər üzrə müctəhidin şəriətə uyğun olan öz fikrindən irəli gələn hökmdür. Qaydaya görə rəylə verilən hökmlər İslamın ümumi ruhunu əks etdirməli, dərin araşdırmaların nəticəsi olaraq verilməlidirlər. İslamın əsaslarına zidd olan və dərin araşdırmaların nəticəsi olmayan hökmlərin rəylə irəli sürülməsi bəyənilmir. İslam tarixinin ilk əsrlərində ənənəçilər rəyə şübhə ilə yanaşmışdırlar. Ancaq bəzi hallarda fiqhi məsələlərdə onu qiyas mənasında işlədirdilər.
RƏSUL
RİBA

Digər lüğətlərdə