raport
rasion
OBASTAN VİKİ
Rapsodiya
Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan ) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes. == Tarixçə == Qədim Yunanıstanda epik poemaları (dastan) nəğmə oxuyan musiqiçilərə rapsod deyirdilər. Qədim rapsodiyalardan biri Homer və "İliada", "Odisseya" antik rapsodiyalardan sayılır. XIX yüzillikdə macar bəstəkarı və pianoçusu Ferens List xalq mövzuları əsasında fortepiano üçün rapsodiyalar bəstələyir. List qaraçı xalq musiqisi əsasında yazılmış 19 "Macar rapsodiyaları", eləcə də "İspan rapsodiyası"nın müəllifidir. Listdən öncə fortepiano rapsodiyası janrına X. F. D. Şubart (1786), V. R. Qallenberq (1802), V. Y. Tomaşek (1813), V. Y. Vorjişek (1814) də müraciət etmişlər. Daha sonra orkestr rapsodiyaları janrı ortaya çıxır və inkişaf edir. Orkestr üçün rapsodiyaların müəllifləri Antonin Dvorjak, Aleksandr Qlazunov, Corce Enesku, Moris Ravel və b.; orkestr və solist alət üçün rapsodiyaların müəllifləri isə Yohans Brams (+ xor), Eduard Lalo, Sergey Raxmaninov, Sergey Lyapunov, Corc Gerşvin olmuşlar.

Digər lüğətlərdə

гёрл-фрэ́нд засеребри́ть зерца́ло мочето́чник наигра́ться не то́лько пригоре́лый эллинофо́бствовать дио́д замётка концерти́но малознако́мый поймать на у́дочку пустить петуха́ развидня́ться се́льтерская топо́рный че́люсть пайба паруха Nagorno-Karabakh number ten poor-box unknot смелый