Rassel Malifant rəqs qrupu
Rassel Malifant rəqs qrupu - Rassel Malifant tərəfindən 1996-cı ildə təşkil edilmişdir və o, bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir.
"Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutumuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994-95-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Fransa, Yunanıstan, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Kanada, Slovakiya, İspaniya, Özbəkistan.