Rebus Teatrı
Rebus Teatrı — Bakıda fəaliyyət göstərən peşəkar müstəqil teatr.
Bakı şəhərində fəaliyyət göstərən Rebus Teatrı Ceyhun Dadaşov, Elnur İsmayılov və Əli Əlizadə tərfindən 2015-ci ildə "Rebus Theatre Company" adı ilə yaradılmışdır. Hal-Hazırda "Rebus teatrı" kimi fəaliyyət göstərir.
Teatrın ilk tamaşası olan "Tesserakt" 2015-ci il avqust ayının 14-də, İran İslam Respublikasının Təbriz şəhərində keçirilmiş "Təbrizim IV Beynəlxalq Keçə Festivalın"nda oynanılmışdır. Tamaşanın rejissoru Ceyhun Dadaşov. Rollarda: Elnur İsmayılov, Əli Əlizadə, Nurlan Rüstəmov və Ceyhun Dadaşov
Ceyhun Dadaşov "Tesserakt"
Nargilə Qəribova "Ürək planetinin sakinləri" (Kurt Hörtenhuberin əsərlərinin motivi əsasında - uşaq tamaşası)
Uilyam Şekspir - "Hamlet-X" (psixo-plastik qrotesk)
Ceyhun Dadaşov - "Mən və Mən"
Ceyhun Dadaşov - "Onlar hələ də gülürlər" (böyüklər üçün klounada)
2015, 13 – 16 avqust - "Təbrizim IV Beynəlxalq küçə festivalı",
2015, 27 sentyabr – 01 oktyabr – "Marivan meydan teatrı festivalın",
2016, 23 – 28 noyabr – "21-ci Ankara Uluslararası tiyatro festivalı".
2018, - "Təbrizim VI Beynəlxalq küçə festivalı",
Ceyhun Dadaşov, Elnur İsmayılov, Əli Əlizadə, Younes Valipour, Natavan Abbaslı, Əli Novruz, Pərviz Abdullayev.