REFORMASİYA

XVI əsrdə Qərbi Avropada: katolik kilsəsinə papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi və ideoloji hərəkat.
RAVVİNLİK
REFORMATLAR
OBASTAN VİKİ
Reformasiya
Reformasiya (lat. reformatio) — XV-XVI əsrlərdə Katolik kilsəsinə qarşı başlanan dini etirazlar. XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan bu hərəkat müasir Avropa ilə antik Avropa arasında kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yanaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Memarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi. Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ancaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.

Digər lüğətlərdə