Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərgəran
Zərgəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Zərgəran kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Əhalisi 65 nəfərdir ki onunda 30 nəfəri kişi, 35 nəfəri qadındır.
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Kərgədan (komiks)
Kərgədan (ing. Rhino) və ya əsl adı ilə Aleksey Sitseviç (ing. Aleksei Sytsevich) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan supercinayətkar personaj. Sten Li və Con Romita tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-ci sayında (oktyabr 1966) peyda olmuşdur. Əsasən Hörümçək-adamın düşmənlərindən biridir. Kərgədanın güclü döyüş zirehi ilə təchiz olunmuş versiyası 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin axırında görünmüş və Paul Qiamatti tərəfindən canlandırılmışdır. == Nəşrolunma tarixi == Yazışı Mayk Konroy tərəfindən "Hörümçək-adamın ən ağılsız düşməni" kimi təsvir olunmuş Kərgədan ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-43-cü saylarında (oktyabr-dekabr 1966) saylarında debüt etmişdir. Bu saylarda Şərqi Avropa bloku üçün işləyən cinayətkar kimi göstərilmişdir. Daha sonra bir təcrübədə iştirak etmiş, bədəni supergüclü polimer ilə örtülmüş və supergüclü olmuşdur. Kərgədan "Hulk" komiksinin 104-cü sayında (iyun 1968) yenidən qayıtmışdır.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Qara kərgədan
Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır. Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Yunlu gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Kərgədan mövsümü (film, 2012)
Kərgədan mövsümü — 2012-ci ilin filmi. == Haqqında == Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir.
Sehgərgan (Urmiya)
Sehgərgan (fars. ‎‎‎‎سه گرگان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 615 nəfər yaşayır (106 ailə).
Şirmərdan (Sərab)
Şirmərdan (fars. شيرمردان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (13 ailə).