Maqsud Məmmədov (rektor)

Maqsud Məmməd oğlu Məmmədov (dekabr 1897, İrəvan5 yanvar 1938, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq maarifi komissarı.

Maqsud Məmmədov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
1931 – 1933
Azərbaycan SSR xalq maarif komissarı
2 fevral 1931[1] – 1931
ƏvvəlkiRuhulla Axundov
SonrakıAğa Sultanov
1929 – 1930
ƏvvəlkiVladimir Yelpatyevski
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1897
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1938(1938-01-05) (40 yaşında)
Vəfat yeri
Partiya
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açıb. İrəvan gimnaziyasında oxuyub.[2]

M. Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir.

1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır.[3]

M. Məmmədov 1931-ci ildən Azərbaycan SSR xalq maarif komissarı, 1931–1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı, lakin M. C. Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı.

O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı.

1937-ci ildə M. Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbajçan Mərqəzi Iсraijjə Komitələri Rijasət Hej'ətinin kərarь // Kommynist. № 27 (3142). 3 fevral 1931. S. 4.
  2. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 187. ISBN 978-9952-5455-010.
  3. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]