REKVİZİT

is. \[lat. requisitum "tələb olunan, zəruri"\] iqt. 1. Hüquqi baxımdan zəruri olan məlumatlar toplusu; sənədin etibarlı sayılması üçün mütləq göstərilməli olan məlumatlar. Rekvizitə, əsasən, bunlar aiddir□ iştirak edən tərəflərin (şirkətin və ya fiziki şəxsin) adı, ünvanı, bank hesabı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s. □ Bank rekvizitləri;
REKVİRENT
REQRES
OBASTAN VİKİ
Rekvizit
Rekvizit (lat. requisitum, azərb. tələb olunan‎) — tamaşa və ya kinofilm çəkilən zaman lazım olan bütün əşyalar.
Rekvizitlər
Rekvizitlər [lat. requisitum – tələb olunan, zəruri] sənədin (məsələn, müqavilənin) etibarlı hesab edilməsi üçün orada mütləq göstərilməli olan məlumatlar. Bu məlumat aşağıdakılardır: a)sənədin adı və tərtib olunma tarixi; b)sənədi tərtib edən müəssisənin (təşkilatın) adı və ünvanı; c)əməliyyatda iştirak edən tərəflər; d)əməliyyatın məzmunu; e)əməliyyatın ölçü vahidləri və həcmi (natural və dəyər ifadəsilə); ə)məsul şəxslərin imzaları. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə