Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «K» – 2694
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 

K

Azərbaycan əlifbasının on altıncı hərfi. bax ke.

KABAB

is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək.
подробнее

KABABÇI

is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə.
подробнее

KABABÇILIQ

is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.

KABABÇİLOV

is. Xuruşu kabab olan çilov. Təbrizdən yeni gələn bir tanış deyirmiş ki, Həsəni Təbrizdə gördüm, məni kababçilova qonaq etdi. Qantəmir.

KABABXANA

is. [ər. kəbab və fars. ...xanə] Kabab bişirilib satılan ictimai iaşə müəssisəsi.
подробнее

KABABLI

sif. Kabab olan, kababla yeyilən, yanında (içərisində) kababı olan.
подробнее

KABABLIQ

sif. Kabab bişirmək üçün yarayan. Kabablıq ət.
подробнее

KABALİSTİKA

is. [qədim yəhudi dilində – rəvayət] 1. Mistik təsəvvürlər və mərasimlər.
подробнее

KABARDALI

köhn. bax kabardin. Soyuq və boranlı bir gecədə məzkur abxazlının süd qardaşı kabardalı Səfər bəy ona qonaq olur. F.Köçərli.

KABARDİN

is. Kabarda-Balkariyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsubadam. Kabardin dili. Kabardin ədəbiyyatı.

KABARDİNCƏ

sif. və zərf Kabardin dilində. Kabardincə kitab. Kabardincə danışmaq.

KABARÉ

[fr.] Estradası olan restoran, kafe.

KÁBEL

[holl.] Elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetik örtülü məftil.
подробнее

KABİNÉT

[fr.] 1. Evdə zehni işlə məşğul olmaq üçün xüsusi otaq; iş otağı.
подробнее

KABİNETÇİLİK

is. isteh. Canlı həyatdan uzaq düşmə; kabinetdə qapanıb real həyatdan xəbərsiz qalma, mücərrədliyə meyil; nəzəriyyəbazlıq.

KABİNƏ

[fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi.
подробнее

KABİNKA

[rus.] Kiçik kabinə (1-ci mənada). [Fərman] indi ekskavatorun kabinkasında oturaraq, iri maşını hərlədiyi halda, qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırırdı.
подробнее

KABOTÁJ

[fr.] dəniz. Hər hansı dövlətin bir dənizdəki sahilboyu gəmiçiliyi.

KABOTAJÇI

is. dəniz. Kabotaj gəmisində işləyən dənizçi.