Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «G» – 353
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
GA GE GO
 

GAH BAŞINA, GAH DÖŞÜNƏ VURMAQ

yalvarıb-yaxarmaq, acizanə xahiş etmək.

GAH NALA VURUR, GAH DA MIXA

tez-tez tərəddüd edən, fikrini, mövqeyini qətiləşdirə bilməyən adam haqqında işlədilən ifadə.

GECƏ GÖZÜ

bax: gecənin bir aləmi.

GECƏ KƏSMƏK

adətən, toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək.

GECƏ QARA, CÜCƏ QARA

xəlvəti, gizli iş görmək üçün əlverişli şəraitin yarandığını bildirən ifadə.

GECƏNİ GÜNDÜZƏ QATMAQ

çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək.

GECƏNİN BİR ALƏMİ

gecədən xeyli keçmiş, gecəyarısı; ~ gecə gözü.

GECƏSİ-GÜNDÜZÜ OLMAMAQ

çalışmaq, işləmək, daim hərəkətdə olmaq.

GECƏYƏ DÜŞMƏK

gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək, gecə
подробнее

GEN DÜNYA BAŞINA DAR OLMAQ

kədər, fəlakət üz vermək, kədərlənmək, darıxmaq.

GEN GƏZMƏK (DÜŞMƏK)

uzaqlaşmaq, aralanmaq; ~ uzaq gəzmək.

GEN YERİNİ DAR ELƏMƏK

incitmək, bezdirmək; ~ boğaza yığmaq.

GERİ ÇƏKİLMƏMƏK

öz mövqeyini qorumaq, inadkar olmaq.

GERİ DURMAQ

mövqeyindən çəkilmək; arxasında durmamaq.

GERİ DÜŞMƏK

iqtisadi imkanı məhdudlaşmaq, zəifləmək, gəliri azalmaq; ~ ziyana düşmək, dala düşmək.

GERİ GETMƏK

getdikcə zəifləmək, pisləşmək; ~ dala getmək.

GERİ QALMAQ

köhnəfikirli olmaq, müasir tələblərə uyğunlaşa bilməmək.

GERİ QALMAMAQ

başqaları ilə ayaqlaşmaq, eyni bacarığa malik olmaq. 

GERİ SALMAQ

1. Maddi ziyan vurmaq, zərər çəkməsinə səbəb olmaq; ~ ziyana salmaq.  2. İrəliləməsinə, inkişafına m
подробнее

GERİ VERMƏK

slenq. qorxmaq, mövqeyindən geri çəkilmək; ~ dala durmaq.