Ruhəngiz Əliyeva (şairə)
Ruhəngiz Əliyeva (Əliyeva Ruhəngiz Məmməd qızı; 13 mart 1981, Naxçıvan) — Azərbaycanlı pedaqoq, şairə, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Ruhəngiz Məmməd qızı Əliyeva 13 mart 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsilini bakalavr, magistratura və doktorantura pillələri üzrə bitirib. Pedaqogika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.
"Qarabağ" adlı şeiri ilk dəfə 1996-cı ildə "Şərq Qapısı" qəzetində çap olunub.
2003-cü ildə "Həsrət çiçəyi", 2005-ci ildə "Dərsliklərdəki bədii nümunələrdə tərbiyə məsələləri", 2008-ci ildə "Tərbiyə ruhun özülüdür", 2012-ci ildə "Poeziya, səni aparacağam", 2018-ci ildə "Səssizliyin səsi", 2019-cu ildə "Məmməd Səid Ordubadinin maarifçi görüşləri" adlı kitabları işıq üzü görüb. Nüfuzlu nəşrlərdə dərc olunmuş 42 elmi, 130-a yaxın publisistik məqalənin müəllifidir. Əsərləri İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan və İranda çap olunub.
"Qızıl Qələm" və "Dövlətçilik ənənələrinin qorunub saxlanılması və təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu" mövzusunda dövri mətbuatdakı çıxışlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "Azərbaycan bayrağı" mükafatına layiq görülüb.