Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Toran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.Alatoran filminin kinoteatr nümayişləri 21 noyabr 2008-ci ildə başlamış və dünya üzrə $393 milyondan çox gəlir gətirmişdir.
Boris Yeltsin: Sübhdən toranadək
Boris Yeltsin: Sübhdən toranadək (rus. Борис Ельцин: от рассвета до заката Sovet partiya məmuru və Rusiya prezidenti işlədiyi dövrdə Boris Yeltsinin əvvəlcə şəxsi cangüdəni, daha sonra Prezidentin mühafizə xidmətinin rəisi olmuş Aleksandr Korjakovun xatirələr kitabıdır. 1997-ci ildə çap olunmuş kitabda Yeltsinin və ailəsinin şəxsi həyatı, siyasi hadisələr və həmçinin pərdəarxası intriqalarla bağlı maraqlı məqamlar yer alır. Korjakovun iddiasına görə, prezidentə yaxın olan oliqarx Boris Berezovski bu kitabı çap etməmək üçün ona 5 milyon dollar təklif etsə də, müəllif razılaşmamışdır. == Xarici keçidlər == Александр Коржаков.
Bulbophyllum toranum
Bulbophyllum toranum (lat. Bulbophyllum toranum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Toranomon insidenti
Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi. Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi.İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir. == Arxaplan == Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı. Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi.1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi. Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir. Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərə və anarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir. == Sui-qəsd == Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir. Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı. Nanba kütlənin içərisində gizlənərək Hirohitonun avtomobilinə atəş açsa da, hədəfini qaçırmışdır. Rəsmilər Nanbanın motivasiyasını araşdırdıqdan sonra onun dəli olduğunu elan etmişdirlər.
Boran
Boran - düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Todan
Todan — Azərbaycan Respublikasının Goranboy rayonunun Todan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Pir Davidan olmuşdur. Yaşayış məntəqəsi oradakı Pirin adı ilə adlandırılmışdır. Oykonim ehtimal ki, Pir Cavidan (xürəmilərin ilk başçısı) adının yerli əhali tərəfindən təhrif edilmiş formasıdır. Bəzi tədqiqatçılar isə oykonimi türk dillərində todan (sıldırım qaya, dik yamac) coğrafi termini ilə əlaqələndirirlər. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 970 nəfər əhali yaşayır.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. Əsl turanlılar Turun nəslindən gələn Türk bir qəbilədir. Turanın adı buranın ilk xaqanı olan Tur Kağanın adı ilə bağlı ola bilər (Tur xan-x=Turan) Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olur. Tarixi İran-Turan müharibələrində Əfrasiyab (Alpərtonqa) Turan imperatoru (xaqanı) olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. == İstinadlar == == Mənbə == "Qırğız tarixi. Ensiklоpediya" Bişkek 2003 "Mаmlekettik til cаnа entsiklоpediya bоrbоru" "İ.Аrаbаev аtındаğı Kırgız mаmlekettik Pedаgоgikаlık universiteti" "Bаşkı red.
Şoran
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Abdulla Goran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Abdulla Qoran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Arda Turan
Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fateh) — keçmiş türk futbolçu. == Həyatı == == Karyerası == === Klub karyerası === ==== Qalatasaray ==== Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir. 2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.
Ayşin Turan
Ayça Ayşin Turan — Türk aktrisa. == Həyatı == Ayça Ayşin Turan 1992-ci il oktyabr ayının 25-də İstanbulda dünyaya göz açmışdır. Kiçik yaşlarından aktyorluğa olan xüsusi marağı onu Türkiyənin məşhur seriallarına qədər gətirib çıxarmışdır. Hazırda tələbədir. 2011-ci ildə yayımlanan və yayımlandığı müddətdə izlənmə rekordu qıran, məşhur türk serialı "Dinlə Sevgili"də Gülfəm rolunu canladıran Ayça Ayşin Turan bu rolu ilə məşhurlaşmışdır. 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək daha da şöhrət qazanmış və izləyicilərin sevimlisinə çevrilmişdir. == Mənbə == Ayşin Turan kimdir?
Azər Turan
Azər Turan (Əbilov Azər İmamverdi oğlu; 16 sentyabr 1963, Neftçala rayonu) — tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru (2010), Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru (2015-ci ildən). == Həyatı == Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb (1970–1980). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub (2001–2003). "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) vəzifələrində çalışıb. "Ədəbiyyat qəzeti"nin baş redaktorudur (yanvar 2015). Filologiya üzrə fəlsəfə doktorudur (2010).
Ağacvari şoran
Behice Boran
Behice Boran (türk. Behice Boran 1 may 1910, Bursa, Xudavəndigar vilayəti – 10 oktyabr 1987, Brüssel[d]) — Türk siyasətçi və ictimai elmlər doktoru, marksist, ilk qadın sosioloq. Türkiyə tarixində ilk qadın partiya lideridir. Solçuların tənqidi səsi, dəfələrlə təcavüzə məruz qalan və həbs edilən Boran 1980-ci il hərbi çevrilişindən sonra sürgünə göndərilir. == Bioqrafiyası == Boran 1890-cı illərdə Osmanlı İmperiyasına köçən Kazan tatarlarının ailəsində anadan olub. 1931-ci ildə İstanbuldakı Amerika Qadınlar Kollecini bitirdikdən sonra ABŞ-nin Miçiqan Universitetində sosiologiya təhsili alır. 1939-cu ildə doktorluq dərəcəsini almış və marksizmlə maraqlanmağa başlamışdır. Vətəninə qayıdaraq Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində sosiologiya kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, həmçinin Türkiyə Kommunist Partiyasına (TKP) qoşulmuş və solçu "Yurd və Dünya" və "Adımlar" dövri nəşrlər ilə əməkdaşlıq etməyə başlamışdır. 1948-ci ildə solçu görüşlərin tərəfdarı kimi universitetdən qovulur.
Boran Kuzum
Boran Kuzum (1 oktyabr 1992, Ankara) — Türkiyəli aktyor. == Həyatı == Boran Kuzum, 1 oktyabr 1992-ci ildə Ankarada anadan olmuşdur.
Boran Xan
Boz şoran
Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır.