Rus dağçətiri
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik, hündürlüyü 50-80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3-4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5-4 sm uzunluqda və 1-2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5-6 sm uzunluqda, 13-24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5-7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1-1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6-7,5 mm uzunluqda və 3-4 mm enində, ellipsvari, beli qabırğalıdır.