RUZGAR
RUZQU
OBASTAN VİKİ
Ruzi
Ruzi Nəzər
Ruzi (Vərziqan)
Ruzi (fars. روزي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 733 nəfər yaşayır (162 ailə).
Ruzi Musayev
Musayev Ruzi Əbdürəhman oğlu — texnika elmləri doktoru Musayev Ruzi Əbdürəhman oğlu 1933-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra "Bibiheybət" NQÇİ-də operator, usta köməkçisi, usta və Dövlət şəhər texniki nəzarət idarəsində mühəndis-inspektor (müfəttiş) işləmişdir. 1961-ci ildən Azərbaycan EADNQYPİ-da mühəndis, kiçik elmi işçi, böyük elmi işçi işləmişdir. 1961-ci ildə bu institutun aspirantı olmuşdur. 1992–2015-ci illərdə Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Layın fiziki kimyası" laboratoriyasının rəhbəri olmuşdur. 1965-ci ildə "Neftdə həll olunan səthi-aktiv maddələr, onların adsorbsiyası və quyudibi zonanın emalı üçün tətbiqi şəraitləri (Abşeron yarımadasının yataqları timsalında)" mövzusunda namizədlik, 1991-ci ildə isə "Neft hasilatının intensivləşdirilməsi üçün neft emalı və neftkimya məhsullarının tətbiqinin fiziki əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Musayev R. Ə. neft və qaz quyularının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laylarda baş verən səthi-molekulyar, kapilyar proseslər; neftin su ilə sıxışdırılması mexanizmi; layların neftverimi; SFM, qələvilərin, turşuların, aralıq neft emalı və neft kimyası maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin, məhsuldar qatda və quyudibi zonada fiziki və fiziki-kimyəvi üsulların təsiri altında baş verən mikroproseslərin öyrənilməsi; kimyəvi məhsulların əsasında sinergetik səmərəsi olan kompozisiyaların axtarışı; neft hasilatını intensivləşdirilməsinin yeni texnologiyalarının işlənilməsi; hasilat və suvurucu quyuların məhsuldarlığının artırılması; müəllif nəzarəti və texnologiyaların tətbiqi barədə alınmış barədə alınmış materialların təhlili; məhsuldar qatın (layın) ekologiyası. Musayev R. Ə. 140-dan artıq elmi məqalənin, 8 təlimatın (instruksiyanın) müəllifidir.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.

Ruzi İbrahimov
Ruzigar Qasımov

Digər lüğətlərdə