Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünyamalı Məmmədov (əmək qəhrəmanı)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Eldar Ağayev (milli qəhrəman)
Eldar Əsgər oğlu Ağayev (29 sentyabr 1955, Tbilisi – 17 may 2013, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. 1962-ci ildə Eldar burada 20 saylı orta məktəbə getmiş, sonra təhsilini 134 saylı məktəbdə davam etdirmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vurub motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O,1978-ci ildə Kamçatka yarımadasında, 1981–1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984–1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur. E. Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir.
Eldar Həsənov (milli qəhrəman)
Eldar Həsənov (26 dekabr 1965, Lallar, Astraxanbazar rayonu – 12 may 1994, Horadiz, Füzuli rayonu) — Azərbaycan polisi, starişina; Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Eldar Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. == Döyüşlərdə iştirakı == O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən heç kimə danışmırdı. O kəşfiyyata tək gedər iki-üç əsirlə geri dönərdi.
Eldar Məmmədov (milli qəhrəman)
Eldar Harun oğlu Məmmədov (10 yanvar 1968, Bakı – 24 fevral 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1985–1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil almışdır. 1989–1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir. == Döyüşlərdə iştirakı == Eldar Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E. Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olmuşdur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı sərhəd-keçid məntəqəsi E. Məmmədovun adını daşıyır. == Həmçinin bax == Qarabağ Erməni terrorizmi == Xarici keçidlər == Məmmədov Eldar Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine Milli Qəhrəmanlar Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine Eldar memmedov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine == Mənbə == Vüqar Əsgərov.
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Elməddin Qəhrəmanov
Elnur Nuriyev (milli qəhrəman)
Elnur Eyvaz oğlu Nuriyev (22 avqust 1975, Cahangirbəyli, Zəngilan rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982–1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır. == Döyüşlərdə iştirakı == Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu.
Elvin Səfərov (Vətən Müharibəsi Qəhrəmanı)
Elxan Qəhrəman
Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat. == Həyatı == Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
Elşad Məmmədov (milli qəhrəman)
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmidir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulub.
Elşən Hüseynov (milli qəhrəman)
Elşən İbrahim oğlu Hüseynov (30 may 1976, Qıraqlı, Saatlı rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 30 iyun 1976-cı il Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır. == Döyüşlərdə iştirakı == Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi. 13-17 mart hadisələri zamanı Elşəndə silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər. Bunlardan biri də Hüseynov Elşən oldu... == Ailəsi == Atası Hüseynov İbrahim Kərəm oğlu 10 yanvar 1930-cu ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. Anası Hüseynova Arifə Zeyniş qızı 21 mart 1938-ci ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.
Emin Quliyev (milli qəhrəman)
Emin Ələkbər oğlu Quliyev (12 avqust 1976, Sahil – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür. Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Enes Batur: Real Qəhrəman (film, 2019)
Enes Batur: real qəhrəman — rejissoru Doğa Can Anafarta olan Türk komediya və macəra filmi. == Oyunçular == Enes Batur (Enes Batur) Ömer Başdoğan (Ömer) Altan Erkekli (Master) Damla Aslanalp (Işın) Kanbolat Görkem Arslan (Tan Veyder) Ebru Ojen Şahin (Ceyda) Selin Deveci (Blackear) Ramin Nezir (Blue Mask) Resul Doğan (Resul) Gökhan Güngör (Grubengas) Cansu Bulut (Yaube) Buket Dereoğlu (Alev Veyder) Rengin Samurçay (Şadiye) Seyithan Özdemir (Barut) Atilla Pekdemir (Atilla) Atakan Özyurt (Atakan) Bilal Hancı (Bilal) Fatih Yasin (Fatih) Halil Söyletmez (Halil) Ruhi Çenet (Ruhi) Şeyda Erdoğan (Şeyda) Burak Güngör (Burak) Buse Plan (Buse) Murat Sungurtekin (Enes Baturun əmisi) == Yayımlanması == 31 may 2019-da yayımlamaya girən film, ilk üç gündə 90.353 nəfər tərəfindən izləndi və 1 milyon 407 min lirə gəlir eldə etti. Yeddi həftə yayımda qalan film cəmi 7 milyon 354 min lirə gəlirə çatdı. == Həmçinin bax == • Enes Batur • Enes Batur: Xəyalmı Gerçəkmi?
Ermənistanın Milli Qəhrəmanlarının siyahısı
Ermənistanın — Ermənistanda "Vətən" ordeniylə mükafatlandırılan şəxslərin siyahısı.
Ermənistanın Milli Qəhrəmanı
Ermənistanın Milli Qəhrəmanı (erm. Հայաստանի ազգային հերոս) — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb. Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar. O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır. Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
Etibar İsmayılov (milli qəhrəman)
Etibar İsmayılov (29 mart 1964, Ağcabədi, Ağdam rayonu – 1994, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır. == Döyüşlərdə iştirakı == Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü. Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Fərid Əliyev (Vətən Müharibəsi Qəhrəmanı)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Fərid Əliyev ( Vətən Müharibəsi Qəhrəmanı)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Fəxrəddin Qəhrəmanlı
Fəxrəddin Qəhrəmanlı — Azərbaycan rəssamı, "Azərbaycan Dövlət Rəssamlar İttifaqı"nın üzvü. == Həyatı == Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu 1957-ci il aprelin 8 –də Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub.1986-cı ildə Respublika sərgisində iştirak edib. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.1988-ci ildə İncəsənət İnstitutunun 70-illiyinə həsr olunmuş III Respublika sərgisində iştirak edib. 1988-ci ildə Belarusiya Beynəlxalq sərgisində, Bakıda və Naxçıvanda bir çox sərgilərdə iştirak edib.1995-ci il 26 may Azərbaycan Demokratik Cumhuriyyətinin 77-ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində sərgisi keçirilib.1995-ci ildə Türkiyənin Kars vilayətində fərdi sərgisi keçirilib.1996-cı ildə Naxçıvan Muxtar Respublikasında Naxçıvanın baş konsulluğunda 50 əsər ilə fərdi sərgisi keçirilib.1988-ci ildən 1996-cı ilə qədər Naxçıvanın Rəssamlar Ittifaqının bütün tədbirlərində iştirak edib.1996-cı ildən 2007-ci ilə qədər Türkiyənin Antalya şəhərində rəssamlıq fəaliyyətini davam etdirib. Bir sıra ölkələrdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılmaqdadır. Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Rusiya, Belarusiya, Ukrayna və Azərbaycanda bir çox sərgilərdə iştirak edib.2005-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2015-ci ildə 19 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 34 əsərlə fərdi sərgisi keçirildi.19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi "Qəbələ IV Beynəlxalq İncəsənət sərgi"sində və Mərkəzi və Xətai İncəsənət Mərkəzində təşkil olunan suluboya sərgilərinin iştirakçısı olmuş və mükafata layiq görülmüşdü.11 may 2016-cı il tarixində Rəssamlar İttifaqında yağlı boya və sulu boya ilə işlənmiş 60 əsərlə "Bahar" adlı fərdi sərgisi keçirilmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.13 iyun 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsinin "Rəngli duyğular" adlı müəllim və professor heyətinin yaradıcılıq sərgisində iştirak etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Hacı Qəhrəmanlı
Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. == Haqqında == Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
Hacı Qəhrəmanlı bələdiyyəsi
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hüseyn Məmmədov (əmək qəhrəmanı)
Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Kamil Qəhrəmanov
Kazım Məmmədov (milli qəhrəman)
Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür. == Döyüşlərdə iştirakı == Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi.
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Qəsr
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Maqliç (qəsr)
Magliç (serb-kiril. Маглич) ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən "Maqla" (serb-kiril. Магла) sözündən götürülüb. Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir. == Tarix == Maqliç 13-cü əsrin ilk yarısında ya Stefan Nemaniç ya da oğlu I Stefan Uroş tərəfindən inşa edilmişdir. Qala iki mühüm monastırı: Sopoçani və Studenitsa monastırlarını qorumaq və gələcəkdə Serbiya torpaqlarına daha dərin monqol hücumunun qarşısını almaq üçün inşa edilmişdir. Serbiya imperiyası dövründə Magliç orada yaşayan məşhur aqioqraf və regioqraf olan baş yepiskop II Danilonun iqamətgahı idi.
Qədr Gecəsi
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır. Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Qədr Surəsi
97-ci surə əl-Qədr (Qədr gecəsi) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə 4-cü besət ilində Məkkədə nazil olmuşdur. Surədə Qədr gecəsi və Quranın nazil olmasından danışılır. Məhəmməd peyğəmbər deyib: "Kim ki, Qədr surəsini oxusa, elə bil bir ay oruc tutub və Qədr gecəsində əhya saxlayıb".
Qəsr-Qədir
Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir. Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi.
Qəsr (dəqiqləşdirmə)
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Qəsr (roman)
Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur. Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəsi diskussiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məktəb qulluqçusu kimi qalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır. Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır.
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Qəsr qənd
Qəsr qənd-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,826 nəfər və 1,586 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Şəhr Babək
Şəhr Babək — İranın Kirman ostanının şəhərlərindən və Şəhr Babək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,916 nəfər və 10,401 ailədən ibarət idi.
Qəsr küçəsi (Bakı)
Fərid Əliyev küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səbail rayonunda, İçərişəhərdə küçə. Küçə 2023-cü ilə qədər Qəsr adlanıb. 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ zamanı küçənin bəzi tikililərinə, xüsusilə 16 nömrəli yaşayış binasına ciddi ziyan dəymişdir. Zəlzələ zamanı dağılmış bəzi evlərin divarlarında erkən orta əsrlərə aid pullar aşkar olunmuşdur. 2023-cü ildə küçəyə şəhid Fərid Əliyevin adı verildi. 11 aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi. Küçənin şimal hissəsində Şirvanşahlar sarayının hamam kompleksi yerləşir. Hacı Heybət məscidi (1791, arxitektor Hacı Heybət Əmiralı oğlu) Bakı miniatür kitab muzeyi 32 nömrəli yaşayış binası - (XVIII əsr) F.Əliyev küçəsinin Şirvanşahlar sarayına bitişik ərazisində yeddi "armudu" stəkandan ibarət İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir.
İbn Şəhr Aşub
İbn Şəhr Aşub (ərəb. ابوجعفر، محمد بن علی بن شهرآشوب بن ابونصر بن ابوالجیش ساروی مازندرانی‎), (d. 1096- v. 27.08.1192) — Dahi İslam alimi, təfsirçi, ədəbiyyatçı, fəqih və hədisşünas. İbn Şəhr Aşubun əsli İranın Mazandaran şəhərinin Sari vilayətindəndir. Onun uşaqlıq illərindən bəlli olan budur ki, o elm və təhsilə çox maraq göstərmişdir. Həmçinin o 8 yasşında Quranı əzbərləmişdir. Sonradan elmi səfərlərə başlamışdır. İlk öncə Elm kəsb etmək üçün Bağdad şəhərinə yollanmışdır. İbn Şəhr Aşub elmi cəhətdən çox yüksək məqama çataraq, "Əllamə" adı almışdır.
Şəhr-i Suxte
Şəhr-i Suxte və ya Şəhr-e Suxt və Şəhr-i Soxta (fars. شهر سوخته‎, "Yanmış şəhər" deməkdir) e.ə.3200-2350-ci illər, Helmand mədəniyyəti ilə əlaqəli Tunc dövrünə aid böyük şəhər yaşayış məntəqəsinin arxeoloji ərazisi. İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında, Helmand çayının sahilində, Zahidan-Zabul yolunun yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayından YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Şəhərin gözlənilməz yüksəlişinin və süqutunun səbəbləri hələ də sirr olaraq qalır. Şəhərdən tapılan artefaktlar o dövrün yaxınlıqdakı sivilizasiyaları ilə özünəməxsus uyğunsuzluq nümayiş etdirir. 151 hektar ərazini əhatə edən Şəhr-i Suxte şəhərsalma dövrünün başlanğıcında dünyanın ən böyük şəhərlərindən biri idi. O, Yer kürəsinin ən isti yerlərindən biri olan indiki Dəşti-Lüt səhrasının şərqinə yaxın yerdə yerləşir. Ancaq qədim dövrlərdə iqlim daha mülayim idi. O vaxtlar şəhərin yaxınlığında yerləşən Hamun gölünün sahəsi daha böyük idi və ərazidə çoxlu bataqlıqlar var idi.
Şəhr-i Zov
Şəhr-i Zov — İranın Rəzəvi Xorasan ostanının Kəlat şəhristanının Zavin bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 959 ailədən ibarət idi.
Şəhr Babək şəhristanı
Şəhr Babək şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şəhr Babək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 100,192 nəfər və 22,973 ailədən ibarət idi.
Qəsr Əl-Vətən
Qəsr Əl-Vətən (ərəb. قَصْر ٱلْوَطَن‎; Vətən sarayı, və yaxud Millət sarayı) — Birləşmiş Ərəb Əmirliklərində prezident sarayı paytaxt Əbu-Dabidə yerləşir. Qəsr Əl-Vətən sarayının tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Şeyx Xəlifə bin Zayed Əl Nəhayan (Əbu-Dabinin əmiri və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti) və Məhəmməd bin Zayed Əl Nəhayan (Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini) 2019-cu ildə sarayı ictimaiyyətin üzünə açdılar. Bua qədər saray yalnız rəsmi məqsədlər üçün, əsasən xarici dövlət rəhbərlərinin yerləşdirilməsi və ölkənin ali şurasının iclasları üçün istifadə olunurdu. Geniş ictimaiyyətin üzünə açıldıqdan sonra saray müxtəlif məqsədlər üçün istifadə olunmağa davam edir. Açılış mərasimi 11 mart 2019-cu il tarixində baş tutdu. Açılış mərasimi Məhəmməd ibn Zayed və Məhəmməd ibn Rəşid əl-Məktum (BƏƏ-nin vitse-prezidenti və baş naziri və Dubay əmiri) tərəfindən təşkil edilmişdi. Avqust ayında səyahət və turizm saytı "Hotel and Rest" sarayı dünyanın ən yaxşı 20 incəsənət və mədəniyyət abidəsindən biri adlandırdı. 2020-ci ildə Qəsr Əl-Vətən Prezident Sarayı Yaxın Şərqdə aparıcı mədəni turistik məkan olaraq "World Travel Awards" mükafatına namizəd göstərilmişdi.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Bəhr-i Bəy (Vərziqan)
Bəhr-i Bəy (fars. بهربيگ‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (22 ailə).
Şəhr-i Viran (Urmiya)
Şəhr-i Viran (fars. ‎‎‎‎شهرويران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).
Şəhr-i Zor sancağı
Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Şəhr-i Zor əyaləti
Şəhr-i Zor əyaləti — Osmanlı İmperiyası tərkibində, 1554–1862–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. Глава третья. Шехризурскiй эйалеть, 199–262. // Сiяхэт-намэ-и-худудь. Описанiе путешествiя по турецко-персидской границѣ, составиль Хуршидь–Эфенди, бывшiй секретарь турецкаго комиссара по разграниченiю между Турцiею и Персiею. Сь приложенiемь отчета персидскаго комиссара о томь же путешествiи. С турецкаго и персидскаго перевель М. А. Гамазовѣ. Сь картою. С.–Петербургь: Типографiя О. И. Бакста, 1877, 575 стр.
Şəhr-i Zur (Soyuqbulaq)
Şəhr-i Zur (fars. شهرزور‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (47 ailə).
Mehman-i Şəhr Sultaniyə (Sultaniyə)
Mehman-i Şəhr Sultaniyə (fars. ميهمان شهرسلطانيه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (10 ailə).
Qəsr əl-Bahili uğrunda döyüş
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir. Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi. Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir. Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir. Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir. Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi.
Gəhər gölü
Gəhər gölü — İranın Luristan ostanında Üştürankuh sıra dağlarının arasında yerləşən şirin su göldür.
Mehr (dəqiqləşdirmə)
Mehr — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Kabud Mehr (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Pehr Loefling
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (isv. Pehr Löfling; 20 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Qeyr Landestad
Qeyr Landestad (17 yanvar 1945, Sulitjelma[d], Nurlann – 22 sentyabr 2023) — Norveç tarixçisi, 2014-cü ilə qədər Norveç Nobel İnstitutunun direktoru. 2014-cü ildə Olav Nyolstad Nobel İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Norveç Nobel Komitəsinin katibi vəzifəsini də icra etməsinə baxmayaraq özü komitənin üzvü deyil. Landestad Sulitelmedə anadan olub, Oslo və Tromsyo Universitetlərində tarix ixtisası üzrə təhsili alıb və 1970-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsinə, 1976-cı ildə isə doktorluq elmi dərəcəsinə yiyələnmişdir. 1974–1990-cı illərdə Norveç Nobel İnstitutu və Komitəsinə qoşulmazdan əvvəl Tromsyo Universitetinin pedoqoq olmuşdur. Sonradan, Oslo Universitetində Beynəlxalq tarix mövzusunda mühazirələ verib. Landestad bir neçə il ABŞ-də Harvard Universitetində tədqiqatçı kimi də çalışmışdır. Landestad Norveç Elmlər Akademiyasının üzvüdür. International Relations Since the end of the Cold War. New & Old Dimensions in International Relations.
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Hans Herman Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Məhəmməd Səidi Mehr
Məhəmməd Səidi Mehr (fars. محمد سعیدی مهر‎; d.1963) — İranlı tədqiqatçı alim, Tərbiyət Müdərris Universitetinin fəlsəfə kafedrasının professoru. Məhəmməd Səidi Mehr 1963-cü ildə Tehran şəhərində dünyaya göz açmışdır. Orta məktəbi riyaziyyat ixtisasında bitirdikdən sonra, dini və fəlsəfi məsələlərə marağı səbəbi ilə mədrəsəyə gedib, öz təhsilini orada davam etdirmişdir. Magistr təhsilini İlahiyyat və Doktorluq dissertasiyasını fəlsəfə sahəsində edərək, İngiltərəyə elmi tədqiqat üçün getmişdir. Qayıtdıqdan sonra Tərbiyət Müdərris Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Elmi fəaliyyətində bir çox kitab və məqalələrin müəllifidir. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür. Kəlam elmi, Məhəmməd Səidmehr, Nurlar nəşriyyatı, 2013 (Bu kitab Azərbaycan dilinə tərcümə edilmişdir).
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. == Adi kəsrlər == a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
Möhr
Möhr- İranın Fars ostanının şəhərlərindən və Möhr şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,188 nəfər və 1,316 ailədən ibarət idi.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.