RÜBAİ

сущ. лит. рубаи (четверостишие, выражающее законченную мысль). Ömər Xəyyamın rübailəri рубаи Омара Xayama
RÜBABÇI
RÜBAİYYAT
OBASTAN VİKİ
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Məhəmməd Nəcib ər-Rübai
Məhəmməd Nəcib ər-Rüba'i (ərəb. محمد نجيب الربيعي‎; 14 iyul 1904, Bağdad – 6 dekabr 1965, Bağdad) — İraqın 1-ci prezidenti.Doğum və ölüm tarixi tam bilinmir. Rabiyə qəbiləsinə mənsub iraq ərəbidir. Nəcib əl-Rübai, 1904-cü ildə Bağdadda anadan olub, burada Muhamməd Nəcib bin Osman bin Məhəmməd bin Mustafa bin Əli bin Abdullah bin Əli bin Pasha bin Muhammad Pasha, Sultan Murad IV ilə Səfəvi şahını Bağdaddan devirmək üçün döyüşən pilotun oğludur. Məhəmməd Nəcib ərəb Rabia qəbiləsinə mənsub idi və Məhəmməd Nəcib Əl-Rubayinin ailəsi ehtiyacı olan insanlar üçün bir qədər köməklər edirdi.Rübai uşaqlığından ədəbiyyat,ticarət,siyasət,iqdisadiyyatla maraqlanırdı və bu onu gələcəyə hazırlayırdı. İlk öncə İraq Kral Kollecinə daxil olan Rübai 3 il ərzində (1924-1927) bu kollecdə təhsilini davam etdirir.Sonralar onun qardaşları Həsib rübai və Rafik Rübai də bu kollecdə təhsil almağa başlayır.1 iyulda kollecdən çıxan Rübai 8 il ərzində (1927-1935) Konya kollecində təhsil almağa başlayıb.
Rübail
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır. 1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rübail Allahverdiyev

Digər lüğətlərdə