Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü büruzə verir.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) == Həyatı == Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir. 1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. == Həyatı == Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017).Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. == Karyerası == "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. == Jurnalist fəaliyyəti == 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Tamxil Ziyəddinoğlu
Tamxil Ziyəddinoğlu (Hacıyev Tamxil Ziyəddin oğlu; 20 mart 1958, Kurud, Qafan rayonu) — Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də "Hərbi-vətənpərvərlik" şöbəsinin baş redaktoru (01.09.2016), "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi. Hərbi Jurnalistlər Birliyinin sədri; Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017). Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü. == Həyatı == Tamxil Ziyəddinoğlu 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub. 1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub. 1975–76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib. 1977–79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub.
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Nахçıvаn hаkimi (XIV əsr). == Həyatı == 1318-ci ildə Gürcüstаndа Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əlеyhinə iğtişаş qаldırmış Əmir Qurumuşiyə qаrşı çıхmışdır. Mənbələrin vеrdiyi məlumаtа görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək bаrədə хаhişini rədd еdib, təcili mərkəzə tərəf çəkilmiş, lаkin iğtişаşçılаrın əlinə kеçərək, 100000 dinаr ödəməklə cаnını хilаs еdə bilmişdir.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…], Marsel) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. == Fəaliyyəti == Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Seyid Ziyaəddin Təbatəbai
Seyid Ziyaəddin Təbatəbai (1888 – 29 avqust 1969) — İranın baş naziri. == Həyatı == Seyid Ziyaəddin Təbatəbai 1888-ci ildə Fars ostanının Şiraz şəhərində anadan olmuşdur. Seyid Əli ağa Yəzdinin oğludur. Ana tərəfdən Şirazlıdır. O, mükəmməl təhsil almışdı. Jurnalistika ilə məşğul olmuşdur. İngilislər tərəfindən ələ alınmış, qacarlara qarşı çıxmışdı. İslahatçı-modernist dairələrin təbliğatının əsas istiqamətlərindən biri də ölkənin iqtisadi və siyasi həyatını, eləcə də silahlı qüvvələrini Böyük Britaniyanın nəzarətinə tabe edən 1919-cu il müqaviləsinin ləğvi idi. Bu müqavilənin ləğvi tələbini ictimaiyyətin geniş təbəqələri müdafiə edirdi. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Əhməd şah da onun təsdiq edilməsinin əleyhinə olduğunu bildirdi.
Ziyaəddin Fəxri Fındıkoğlu
Ziyaəddin Fəxri Fındıkoğlu (1901, Ərzurum, Ərzurum vilayəti – 16 noyabr 1974, İstanbul) – Türkiyənin görkəmli sosioloqu == Həyatı == Ziyaəddin Fəxri Fındıkoğlu 1901-ci ildə Ərzurumun Tortum qəzasında doğulmuşdur. Atası Xəlil Fəxri müxtəlif yerlərdə qazilik etmiş, anası Fatma Zəhra dindar bir qadın olmuşdur. Ziyaəddin Fəxri ilk təhsilini Hakkari və Ərzincanda almış, orta məktəbi Malatya və Kayseridə oxumuşdur. İstanbulda Gələnbevi Liseyini bitirmişdir.Ziyaəddin Fəxri Fındıkoğlu Poçt Teleqraf Məktəbində də təhsil almış, təhsilini bitirdikdən sonra poçt idarəsində çalışmağa başlamışdır. Fəlsəfəyə göstərdiyi marağa görə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi fəlsəfə dərslərində əvvəlcə dinləyici kimi iştirak etmiş, sonra burada tələbə olaraq təhsilini davam etdirmişdir. Mütəfəkkir İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü 1924-cü ildə bitirmişdir. Təhsilini tamamlayan Ziyaəddin Fəxri Ərzurum, Sivas və Ankara liseylərində müəllim işləmişdir. Ziyaəddin Fəxri Fındıkoğlu doktoranturada oxumaq üçün Strasburq Universitetinə getmiş, 1933-cü ildə məzun olaraq İstanbul Universitetinə qayıtmışdır. Alimin Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Gökalpla bağlı idi. Mütəfəkkir 1935-ci ildə yenidən Strasburqa gedərək doktorluq dissertasiyasını tamamlamış və 1936-cı ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsindəki dosent vəzifəsinə qayıtmışdır.
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Zeynəddin kənd tam orta məktəbi fəaliyyət göstərir.
Afiyəddin Cəlilov
Afiyəddin Cəlil oğlu Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri === Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir. 1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir. === İctimai-siyasi fəaliyyəti === Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Elyəddin Cəfərov
Elyəddin Zöhrab oğlu Cəfərov (24 may 1995; Qaşaltı Qaraqoyunlu, Naftalan şəhəri, Azərbaycan — 20 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin ərazi dairəsində olan Qaşaltı Qaraqoyunlu kəndində Zöhrab Cəfərovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində fəaliyyət göstərmişdir. Subay idi. == Hərbi xidməti == Elyəddin Cəfərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətə davam etmişdir. Könüllü çalışdığı şirkətdən müvəqqəti möhlət alan Elyəddin Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhər üzrə Hərbi Komissarlığında könüllü qeydiyyatdan keçmişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elyəddin Cəfərov könüllü olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Yuxarı Zeynəddin
Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Zaməddin Kərəmov
Zaməddin Kərəmov (tam adı: Zaməddin Bahadur oğlu Kərəmov, 24 yanvar 2001; Bucaq, Oğuz – 16 dekabr 2020; Murovdağ, Kəlbəcər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == 2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.
Zaməddin Rüstəmov
Faxrəddin Rüstəmov — (19 noyabr 1954; Goranboy rayonu Tapqaraqoyunlu, Azərbaycan SSR — 26 avqust 1992; Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələri.Birinci Qarabağ müharibəsi şəhidi
Zaməddin Ziyadoğlu
Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı və təhsili == Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il 1 aprel-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. İlk təhsilini öz doğma kəndlərində alıb. Bakıda neft texnikumunu bitirmişdir. Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir. === Bədii yaradıcılığı === Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.
Zeynəddin (dəqiqləşdirmə)
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. == Həyatı == Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. == Karyerası == 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi.2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.80 metr nəticə ilə gümüş medala sahib oldu.
Zeynəddin Hacıyev
Zeynəddin Camal oğlu Hacıyev (1941, Tülü, Balakən rayonu – 8 avqust 2023) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Z. C. Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1958–1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965–1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə "Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Elmitexniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969–1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982–1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən ölümünə qədər BDU-da fəlsəfə kafedrasında çalışmışdır.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-qozide» əsərinə 1341-1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, «XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» adlandırmışdır».1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
Zeynəddin Xasmətov
Zeynəddin Nurəddin oğlu Xasmətov (8 iyul 1959, Xürəl, Qusar rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Zeynəddin Xasmətov 1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl qəsəbəsində anadan olub. Rusiya Avtomobil-Yol İnstitutunda avtomobil nəqliyyatının iqtisadiyyatı üzrə ali təhsil alıb. Rus dilini bilir. Zeynəddin Xasmətovun 2 övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 65 nömrəli Qusar dairəsindən bitərəf namizəd olan Zeynəddin Xasmətov, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Zeynəddin Xasmətov, Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.Zeynəddin Xasmətov əvvəl bitərəf siyasətçi olmuşdur, bir müddət isə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur. Sonralar Azərbaycan Demokratik Sahibkarlar Partiyasından istefa verən Zeynəddin Xasmətov hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani - Mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. == Mənbələr == Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
Ziyafəddin Əliyev
Ziyafəddin Yunis oğlu Əliyev (03 dekabr 1964, Qasım İsmayılov – 14 iyun 1992, Goranboy rayonu, Ağcakənd) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyafəddin Əliyev 03 dekabr 1964-cü ildə Goranboy şəhərində anadan olmuşdur. 1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982–1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə səssiz qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur. == Döyüşlərdə iştirakı == Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşür.