SÜRTKÜ

сущ. ядай, алтаддай, гуьцӀдай затӀ; смазка, ягъ ва мс.; // sürtkü yağları ягъламишдай, са затӀуниз ядай, ягъламишуниз герек тир нафтӀадикай хкуддай ягъарин санал тӀвар.
SÜRTGƏC
SÜRTMƏK
OBASTAN VİKİ
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sürtkü materialları
Sürtkü materialları — neftin distillə edilməsi nəticəsində alınan məhsullardır. Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR"), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR"C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR") və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər.
Energetik sürtkü yağları
Sürtkü yağlarında köpüklənmə
Sürtkü yağlarında köpüklənmə aqreqatların iş prosesində yağın fəal qarışması, çalxalanması və sıçraması, bu səbəbdən ona hava, yanacağın buxarı və işlənmiş qaz qarışaraq yağın kimyəvi tərkibinin dəyişməsidir . Yuyucu, özlülü, siyrilmə və korroziyaya qarşı aşqarlar yağların köpüklənməsini fəallaşdırır. Yağın tərkibində suyun olması, temperaturun yüksəlməsi və yağın sıxlığının azalması da köpüklənməyə meyli artırır. Köpüyün mövcudluğu sürtünən səthlərdə yeyilmənin qarşısını alan sərhəd örtüyünün əmələ gəlməsini pisləşdirməklə sürtünməyə səbəb olur. Köpüyün əmələ gəlməsi yağın özlülüyü, tərkibindəki aşqar və istismar şəraitindən asılıdır. Köpükləndirilmiş yağ asanlıqla yağ nasosunda yağın töküldüyü çıxıntılar vasitəsilə itkiləri artırır və yağın azalmasına səbəb olur. Suyun və səthi aktiv maddə rolunu oynayan qatranların yağda mövcudluğu köpüklənmə prosesini intensivləşdirir. Köpüklənmənin qarşısını almaq üçün yağlara aşqarlar – polisiloksan əlavə edilir. Onların təsir mexanizmi onunla nəticələnir ki, ən incə nazik pərdənin yağ-hava sərhədində yaranmasına imkan yaradaraq yağa qazların qarışmasına mane olur. Köpüklənməyə qarşı motor və transmissiya yağlarında ən çox istifadə edilən və 0,002–0,005% miqdarında ПМС-200A aşqarıdır.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
MC-70 sürtküsü
MC-70 sürtküsü — Dəniz sürtküsü adı altında tanınır, yumuşaq mazdır. == Xarici görünüşü və tərkibi == Qəhvəyi rəngli hamar yumşaq mazdır. Sabunlu-karbohidrogen sürtkülərinə aid olub və barium və aluminium sabunların və serizinin qarışığı ilə qatılaşdırılır. == Tətbiq şəraiti == MC-70 sürtküsünün damcıdüşmə temperaturunun aşağı olması və dispersiya mühitinin yüksək buxarlanması səbəbindən onun tətbiq temperaturu 650C-dən yuxarı olmur. Yaxşı aşağıtemperatur xassələri sürtkünü mənfi −450C-də, daha güclü mexanizmlərdə isə mənfi −500C-yə qədər temperaturlarda müvəffəqiyyətlə istifadəsinə imkan verir. MC-70 sürtküsünün fərqli xüsusiyyətlərindən biri onun suya qarşı davamlığı və yüksək mühafizə xassəsinə malik olmasıdır. Bu sürtkü daima dəniz suyu ilə təmasta olan mexanizmlər üçün, o cümlədən sualtı qayıq və dəniz gəmilərinin avadanlıqları və mexanizmləri üçün nəzərdə tutulur. Həmçinin, yüksək mühafizəedici qabiliyyət və eyni zamanda şaxtaya davamlıq tələb edən yerüstü maşınlarda da kifayət qədər geniş tətbiq edilir. MC-70 sürtküsünün saxlanma müddətində stabilliyi qənaətbəxşdir. MC-70 sürtküsünü yelləmə və sürüşmə diyircəklərində, müxtəlif ötürücülərdə, sürtünmə səthlərinin işinin təmin edilməsində və s.
Plastik sürtkülərin təsnifatı
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.
Siatim-201 sürtküsü
Siatim-201- antioksidləşdirici aşqardan ibarət antifriksion plastik sürtküdür. Siatim-201 litium stearat ilə qatılaşdırılmış, özlülüyü aşağı olan mineral yağdır. Tərkibində difenilamin(aşqar) vardır. Siatim-201 yekcins mazdır (topalarsız). Rəngləri- parlaq açıq şabalıdı rəngdən tünd sarı rəngədək olur. Standart (ГОСТ 6267–74) Aşağı temperatur xassələrinə, mexaniki stabil və aşağı kolloid stabilliyə malikdir. Şaxtaya və suya davamlıdır.-60oC-dən +90oC-dək temperatur intervalında işlədilə bilər. Su ilə uzunmüddət birbaşa təmas şəraitində və nisbi rütubət 80% -dən çox olduqda, ağır yüklənmiş sürüşmə qovşaqlarında, məmulatların qısa və uzun müddətli konversiyası üçün istifadə edilməsi məsləhət görülmür. Damcı düşmə temperaturu(DDT)1750C –dir. Sürtkünün təminatlı saxlanma müddəti hazırlandığı gündən başlayaraq 1 il hesab edilir.
Solidol C sürtküsü
Solidol C (sintetik) sürtküsü (Lat.- solidus – sıx, bərk, oleum –yağ "tavot")- orta özlülüklü industrial yağlarla yüksək yağ turşularının kalsium sabunlarının qatılaşdırılması nəticəsində alınan, ГОСТ 4336–76 üzrə reqlamentləşdirilən plastik konsistentli sürtküdür. Solidol C sürtküsü – yaxşı mühafizəedici və rütubətə davamlı xassələrə malikdir. Eyni zamanda, çatışmayan cəhəti — iş temperaturunun məhdud diapazonunun olmasıdır (Mənfi 30 – dan müsbət 700C-yə qədər). Bu konsistentli sürtkü texnoloji avadanlığının, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının sürtkü buxarlarında istifadə olunur. Həmçinin çilingər avadanlığında, zəncir və vint ötürücülərində sürtkü vasitəsi kimi tətbiq olunur. Xarici görünüşü Rəngi — açıq boz – tünd gəhvəyiyədək olan, qatqısız və qabarcıqsız eyni cinsli maddə. Damcıdüşmə temperaturu,°С - 75 Tərkibində qatqının % — 0,3-dən çox olmayaraq Rütubət, % — 3-dən cox olmayaraq Solidol Ж Litol 24 Retinax C Unedo 2,3 Phodine Rl.2 Shell Mobilgrease AAMobil Estan 2 Exxon http://themechanic.ru/article/read/solidol-s.html ГОСТ 4366–76. Смазка солидол синтетический.
Sıxlaşdırıcı sürtkülər
Sıxlaşdırıcı sürtkülər – boru kəmərlərinin bağlayıcı armaturlarının, müxtəlif birləşmələrin boşluqlarının – yivli, flans və s. hermetikləşməsi üçün işlədilir. Onlar maye, qaz, buxar, tozların sıx olmayan hissələrə girməsinin qarşısını almağa kömək edirlər. Onlardan texnikanın konservasiyası zamanı saxlanılan məmulatların, maşınların, mexanizmlərin daxilinə rütubətin və korroziyal-aktiv maddələrin düşməsinin qarşısını aımaq üçün də istifadə edirlər. Sıxlaşdırıcı sürtkülər kipləşmədən başqa hissələrin çoxunda antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirirlər. Sıxlaşdırıcı sürtkülərin bəziləri karbohidrogenli yanacaqla, raket yanacağı komponentləri ilə və başqa aqressiv mayelərlə, su ilə onların buxarları ilə və s. kontakt şəraitində istifadə olunur. Sıxlaşdırıcı sürtkülərə aşağıdakı tələblər irəli sürülür: – yüklənmənin təsiri altında temperatur artdıqda və başqa amillərin təsirindən dağılmamağı və sıxıcılardan axmaması; – saxlanma şəraitində və sıxlaşdırıcı qurğularda öz xassələrinin dəyişməməsi; – antifriksion və mühafizə sürtküləri funksiyalarını yerinə yetirərkən uyğun xassələrin zəruri səviyyəsinə malik olması. Sıxlaşdırıcı sürtkülər ən müxtəlif şəraitdə: qurğunun kipləşdirməyə qədər və sonrakı təzyiq dəyişmələrində, vakuum şəraitdə, temperaturun 50-dən 2000C-dək, ayrı-ayrı birləşmələrdə isə hətta 10000C və daha çox dəyişmələrində işlənə bilər. Sıxlaşdırıcı sürtkülərin elastiki plastiklik xassələri qurğuların sıxlaşdırılmasına qədərki və sonrakı təzyiq dəyişmələri şəraitində istifadə zamanı xüsusi əhəmiyyət kəsb edir.
Plastik sürtkülər
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.

Значение слова в других словарях