SƏMƏN

gözəl qoxusu olan və ağ çiçəklər açan sarmaşıq cinsindən ağac və gülü. Bax: Yasəmən.
SƏMAZƏR
SƏMƏNBƏR
OBASTAN VİKİ
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir.
Firudin Səməndərov
Firudin Səməndərov (tam adı: Firudin Yusif oğlu Səməndərov; 12 yanvar 1939, Molday, Saatlı rayonu – 24 oktyabr 2019, Bakı) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985–1989), Bakı Dövlət Universitetinin rektoru (1992–1993). == Həyatı == Firudin Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olmuşdur. 1948–1958-ci illərdə S. Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır. 1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Görkəmli hüquqşünas 1988–1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib. 1990–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. 21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib.
Rafiq Səməndər
Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist. Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib. 2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub. 20 bədii əsərin və 25 pyesin müəllifidir.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Səməndar İsmayılzadə
Səməndirə qalası
Səməndirə qalası (serb. Смедеревска тврђава) - Dunay çayı sahilində, XV əsrin əvvəllərinə aid qaladır. Corc Brankoviç Serbiya despotluğunu buradan idarə etmişdir. Zamanla qalanın ətrafında Səməndirə şəhəri yaranmışdır. 1459-cu ildə qalanın türklər tərəfindən alınması orta əsr Serb dövlətçiliyini tamamilə süquta uğradır. Brankoviçlər qalanın tikintisini 1428-ci ildə başlatmışlar. Belqrad macarların əlində olduğundan Səməndirə Serbiyanın yeni paytaxtına çevrildi. 1430-cu ildə qalanın Kiçik şəhərinin, o cümlədən sarayın və digər binaların inşası başa çatdırıldı. 1430-1439-cu illərdə ümumi sahəsi 11 hektar olan, konturları üçbucaqlı formaya malik Böyük şəhər ucaldıldı, bunun sayəsində Səməndirə qalası Avropanın ən böyük düzənlik qalalarından birinə çevrildi. Kiçik şəhərin içərisində, Dunaya ən yaxın divarında, orta əsr saray həyatının keçdiyi qəbul zalı var idi.
Səməndər
Səməndər - Xəzərlərin ilk paytaxtıdır. Ənuşirvan tərəfindən tikilmişdir. Sonralar paytaxt ərəblərin tələbi ilə Volqa çayının mənsəbinə yaxın - İtilə köçürülmüşdür İndiki Mahaçqala şəhərinin yerində olamsı ehtimal edilən şəhər. M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü . Xəzər xaqanlığının paytaxtı 723-cü ilə kimi Səməndər şəhəri olmuşdu. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər.Svetlana Pletnyova Səməndərin Farsсa "ən uzaq qapı" anlamına geldiyini və dolayısıyla şəhərin VI yüzildə İranlılar tərəfindən qurulduğunu yazmıdtır. Halbuki dünyanın bütün nüfuzlu xəzərşünasları bu şəhərin türklər tərəfindən salındığını qeyd edirlər. Səməndər şəhəri Xəzər-ərəb müharibələrinə səhnə olmuşdu. 732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu xəzərlərə qarşı iki tərəfdən – Dəryal dərəsindən və Dərbənddən hücuma keçdi.
Səməndər Axundzadə
Səməndər Axundzadə (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898, Quba – 1933, Azərbaycan SSR) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Repressiya qurbanı. Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur. Atası Axund Zəki Ərşi Hacızadə — 1850-ci ildə Xızıda doğulub.
Səməndər Dadaşov
Səməndər Kərimov
Səməndər Kərimov (şəhid)
Səməndər Fazil oğlu Kərimov — 1994-cü il, Füzuli rayonu, Azərbaycan — 15 iyun 2014-cü il) Tərtər rayonu Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. Səməndər Fazil oğlu Kərimov — 1994 ve ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 2000-ci ildə Araz Yağlıvənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş. 2001-ci ildə Araz Yağlıvənd kənd orta məktəbini bitirmiş.
Səməndər Rzayev
Səməndər Mənsim oğlu Rzayev (2 yanvar 1945, Ağsu – 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980). Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor Rəşid Səməndər in və teatrşünas Rübabə Rzayeva nın atasıdır Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı – 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı – 1980 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Səməndər İmanov
Səməndər İsgəndərov
Səməndər İsmayılov
Səməndər İsmayılzadə
Səməngan
Səməngan vilayəti (dəri سمنگان, puşt. سمنګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 11.262 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 350.4 min nəfər, inzibati mərkəzi Aybək şəhəridir . Əhalisinin etnik tərkibi əsasən özbəklərdən və həzaralardan, həmçinin az sayda puştunlardan, ərəblərdən və tatarlardan ibarətdir. Əhalisinin 72,5%-i dəricə, 22,1%-i isə özbəkcə danışır.
Səməngan vilayəti
Səməngan vilayəti (dəri سمنگان, puşt. سمنګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 11.262 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 350.4 min nəfər, inzibati mərkəzi Aybək şəhəridir . Əhalisinin etnik tərkibi əsasən özbəklərdən və həzaralardan, həmçinin az sayda puştunlardan, ərəblərdən və tatarlardan ibarətdir. Əhalisinin 72,5%-i dəricə, 22,1%-i isə özbəkcə danışır.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur. Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir. Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.
Səmənd Siyabəndov
Səmənd Əliyeviç Siyabəndov (rus. Саманд Алиевич Сиабандов; 20 noyabr 1909, Qars vilayəti, Qafqaz diyarı – 14 noyabr 1989, İrəvan) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi. Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.

Значение слова в других словарях