Rasim İsmayılov (kino sənətçisi)
Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976).
Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur.
5 may 2004-cü ildə vəfat edib.
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə)
Adi əhvalat (film, 1991)
Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-quruluşçu operator
Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rejissor, quruluşçu operator
Arxada qalmış gələcək (film, 2004)
Arzu yolu ilə (film, 1964)
Asif, Vasif, Ağasif (film, 1983)
Babək (film, 1979)
Cazibə qüvvəsi (film, 1964)
Daha iki nəfər (film, 1965)
Danışan işıqlar (film, 1965)
Dədə Qorqud (film, 1975)
Dörd bazar günü (film, 1975)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fransa qəhrəmanı (film, 1975)
Gün keçdi (film, 1971)
Xoşbəxtlik qayğıları (film, 1976)
İmadəddin Nəsimi (film, 1973)
İşgüzar səfər (film, 1982)
Kinorejissor Arif Babayev (film, 2000)
Qırmızılar, qaralar və başqaları (film, 1969)
Mahnı qanadlarında (film, 1972)
Mavi ekranın yolları (film, 1966)
Məndə sığar iki cahan... (film, 1973)
Möcüzələr adası (film, 1978)
Nabran (film, 1975)
Nəsimi (film, 1973)
Rasim İsmayılov.