SƏRRAF

[ər.] сущ. 1. сарраф (1. процентдалди пул дегишдай кас; 2. пер. фад гъавурда акьадай, фад кьатӀудай, кьил акъатдай, чидай (кас); ариф; söz sərrafı гафарин сарраф); 2. саррафдин (мес. туьквен).
SƏRRACLIQ
SƏRRAFLIQ
OBASTAN VİKİ
Sərraf
Sərraf — təxəllüs.
Sərraf Cəfərov
Sərraf Məmmədov
Sərraf Məmmədov (10 fevral 1965, Mandılı, Füzuli rayonu – 4 aprel 2020, İvanovo) — Rusiyanın İvanovo şəhər Dumasının deputatı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İvanovo regional şöbəsinin rəhbəri, "Tərəqqi" medalı laureatı. Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində doğulmuşdur. İlk təhsilini Füzuli rayonunun Pirəhmədli kəndində alıb. 1983-cü ildə Yaroslav vilayətinin Rıbinsk şəhərində hərbi xidmətdə olub. Hərbi hissənin zəmanəti ilə İvanovo İnşaat-Mühəndisləri İnstitutuna oxumağa göndərilib. İnstitutu bitirənə qədər tikinti materialları və məmulatlarının texnologiyası kafedrasında əvvəlcə tədris ustası kimi, bir müddət sonra isə həmin kafedrada laboratoriya müdiri kimi fəaliyyət göstərib. Sərraf Məmmədov buranı bitirdikdən sonra təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasında davam etdirir.Sərraf Məmmədov Akademiyada oxuduğu vaxtlarda idmanla da məşğul olmuşdur. 1991-ci ildən qara kəmər sahibi, 1992-ci ildən isə əlbəyaxa döyüş üzrə Rusiya çempionu olmuşdur. 1990-cı illərin əvvəllərindən etibarən kiçik ticarətlə sahibkarlıq fəaliyyətinə başlayan Sərraf Məmmədov daha sonralar istehsal sahəsinə keçmişdir. 1993-cü ildə İvanovo şəhərində yaradılmış “Azərbaycan” cəmiyyətinin sədr müavini olmuşdur.
Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür. Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur. Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Sərraf İmaməliyev
Sərraf Şiruyə
Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı. Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir. 1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir. 1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir. Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Hacı Rza Sərraf
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Hacı Rza Sərraf Təbrizi
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.

Digər lüğətlərdə