səth vahidi

ру единица поверхности en surface unit de Flächeneinheit fr unité de superficie es unidad de superficie it unità di superficie
səth
səthi buxarlandırıcı
OBASTAN VİKİ
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Səth morenləri
Səth parlaqlığı
Səth parlaqlığı və ya Obyektin görünən səthi parlaqlığı — obyektdən onun vahid səthinə düşən hissəsindən fəza bucağı vahidində gələn işıq selidir. Səth parlaqlığı obyektə qədər məsafədən asılı deyil.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Üfqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Elektron nəzarət vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kreytser (pul vahidi)
Kreytser (alm. Kreuzer‎, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır. 1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Nyuton (ölçü vahidi)
Nyuton — BS-də qüvvənin vahididir N {\displaystyle N} kimi işarə olunur. Qüvvəni İsaak Nyuton kəşf etdiyinə görə, onun şərəfinə belə adlandırılmışdır.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Paskal (ölçü vahidi)
Paskal (beynəlxalq işarəsi: Pa, rusca işarəsi: Па) – BS-də Təzyiqin vahididir. Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. 1 P a = 1 N m 2 = 1 k g m .